;
Ana səhifə         BKAM haqqında         BKAM-ın Əsasnaməsi         Arbitraj xərcləri və qonorarlar         Arbitrlərimiz         Bizimlə əlaqə            AZE ENG

 


HÜQUQİ İSLAHATLARA
YARDIM MƏRKƏZİ

 

 

Mübahisənin BKAM-da
baxılması qaydası


        Əziz dostlar!

Sizləri Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin internet səhifəsində salamlamaqdan böyük fərəh hissi duyuram.

Qeyd etmək istərdim ki, müstəqil arbitraj institutu kimi, Azərbaycanda ilk dəfə Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili uğurla davam etdirilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə yeri, qanunvericilikdə aparılan islahatlar, dövlətin azad sahibkarlığa qayğısı və bu sahənin getdikcə inkişafı elə səviyyədədir ki, qanun çərçivəsində yeni təsisatların fəaliyyəti labüddür. 90-cı illərin ikinci yarısından mərhum prezidentimiz, möhtərəm Heydər Əliyevin yürütdüyü iqtisadi siyasət naticəsində ölkəmizə xarici sərmayələrin axını surətləndi. Azərbaycana böyük miqdarda xarici və yerli sərmayələr qoyuldu, Avropa ölkələri, dünyanın başqa ölkələri ilə işgüzar əlaqələr möhkəmləndi.

Bu gün də yeni seçilmiş prezident möhtərəm İlham Əliyev sahibkarlığın inkişafına xüsusi diqqətlə yanaşır, bu sahədə yaranan və yarana biləcək problemlərin aradan qaldırılmasını tövsiyə edir. Sahibkarlığın inkişafı həm də kommersiya münasibətlərindən yaranan mübahisələrin müasir dünyanın qəbul etdiyi üsullarla həll olunması ilə bağlıdır. Bu baxımdan da arbitraj institutunun fəaliyyəti hüquqi dövlət quruculuğu, dünya sivilizasiyasına inteqrasiya, sahibkarlar üçün azad fəaliyyət şəraiti yaratmaq işində çox əhəmiyyətli bir hadisədir. Bizim məqsədimiz Azərbaycanda, eləcə də ölkəmizdən kənarda fəaliyyət göstərən yerli və xarici müəssisələrin kommersiya münasibətlərindən yaranan və ya gələcəkdə yarana biləcək mübahisələrin yerli və beynəlxalq qanunvericilik çərçivəsində tərəflərin könüllü razılaşması ilə ədalətli həllinə nail olmaqdır.

BKAM-n internet səhifəsinin yaradılması bu istiqamətdə apardığımız fəaliyyətin tərkib hissəsidir. Müasir informasiya məkanında əvəzedilməz rolu olan İnternet şəbəkəsinə qoşulmaqda əsas məqsədimiz məhkəmənin fəaliyyəti barədə ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması, cəmiyyətə arbitraj institutu haqqında ətraflı məlumat verilməsi, beynəlxalq arbitraj təcrübəsinin işıqlandırılması, həmçinin hakimlərin (arbitrlərinin) və aparat əməkdaşlarının ümumdünya internet şəbəkəsi vasitəsilə zəruri qanunvericilik bazasını və müxtəlif hüquqi yenilikləri özündə cəmləşdirən informasiya resurslarına çıxışını təmin etməkdir. Ümid edirik ki, internet səhifəmiz öz əməli fəaliyyəti ilə ictimaiyyətin hüquqi maariflənməsində və məhkəmənin fəaliyyətinin işıqlandırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Hörmətlə, Vidadi MİRKAMAL
Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri

 

 

 


AZƏRBAYCAN ARBİTRAJ VƏ
MEDİASİYA MƏRKƏZİ