;
 BKAM haqqında         BKAM-ın Əsasnaməsi         Arbitraj xərcləri və qonorarlar         Arbitrlərimiz         Bizimlə əlaqə               AZE ENG

 


HÜQUQİ İSLAHATLARA
YARDIM MƏRKƏZİ

 

 

Mübahisənin BKAM-da
baxılması qaydası

 

ARBİTRAJ XƏRCLƏRİ VƏ QONORARLAR

Maddə 1. Arbitraj xərclərinin ödənilməsi üçün avans

1. Reqlament əsasında arbitraj araşdırmasına başlanılması üçün edilən hər xahişə görə inzibati xərclər üçün nəzərdə tutulan 2500 ABŞ dolları məbləğində avans ödənilməlidir. Bu ödəniş geri qaytarılmır və inzibati xərclərin iddiaçının payına düşən hissəsinə hesab edilir.

2. Baş katib tərəfindən Reqlamentin 30 (1)-ci maddəsi əsasında arbitraj xərcləri üçün müəyyən edilmiş avans, adətən inzibati xərclərin toplanması nəticəsində alınan məbləğdən iddianın qiyməti əsasında müəyyən edilən qonorarların minimum məbləğlərindən (aşağıda göstərilmiş cədvəldə müəyyən edildiyi kimi) arbitrlərin səlahiyyətləri haqqında Aktın layihəsinin tərtib edilməsi ilə əlaqədar arbitraj tərkibinin məruz qaldığı əvəzi ödəniləcək xərclərin məbləğindən artıq olmur. İddianın qiyməti göstərilmədikdə avans Baş katibin mülahizəsi əsasında müəyyən edilir. İddiaçının həyata keçirdiyi ödəniş Məhkəmə tərəfindən müəyyən edilmiş inzibati xərclərin onun payına düşən avans hissəsinə hesablanır.

3. Bir qayda olaraq, arbitrlərin səlahiyyətləri haqqında Akt imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq olunduqdan, həmçinin işə baxılmasının təxmini qrafiki tərtib edildikdən sonra arbitraj tərkibi Reqlamentin 30 (4)-cü maddəsi əsasında, yalnız xərclər üzrə avansın tamamilə ödənildiyi iddialara, yaxud qarşılıqlı iddialara baxılmasına başlayır.

4. Məhkəmə tərəfindən Reqlamentin 30 (2)-ci maddəsi əsasında müəyyən edilmiş xərclər üçün avans arbitrin, yaxud arbitrlərin (bundan sonra «arbitr»), qonorarlarını arbitrin arbitraj araşdırması ilə əlaqədar istənilən məsrəflərini, habelə inzibati xərcləri özündə birləşdirir.

5. Hər bir tərəf avansın ümumi məbləğinin öz payına düşən hissəsini pul ilə ödəməlidir. Lakin, tərəfin payı Məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən artıq olduqda, o əlavə məbləğ üçün bank zəmanəti təqdim edə bilər.

6. Məhkəmə tərəfindən Reqlamentin 30 (3)-cü maddəsi əsasında müəyyən edilmiş avansın öz payına düşən hissəsini tamamilə ödəmiş tərəf digər tərəfin ödəmədiyi avans payını da bank zəmanəti təqdim etməklə ödəyə bilər.

7. Reqlamentin 30 (2)-ci maddəsi əsasında Məhkəmənin xərclər üçün müxtəlif avanslar müəyyən etdiyi hallarda Katiblik hər bir tərəfə avansın onun iddia tələblərinə müvafiq hissəsini ödəməyi təklif edir.

8. Müxtəlif avanslar müəyyən edildikdən sonra, bir tərəfin tələbləri üzrə müəyyən edilmiş avans əvvəl müəyyən edilmiş avansın (ayrı-ayrı avanslar müəyyən edilmiş elə həmin əsas və qarşılıqlı iddia tələbləri üzə) ümumi məbləğinin yarısından artıq olduqda, bank zəmanəti yuxarıda qeyd edilən məbləğin yarısından çox olan hissəsinin ödənişi üçün istifadə oluna bilər. Nəticədə, ayrıca götürülmüş avansın məbləği artmış olarsa, bu artımın minimum yarısı pul ilə ödənilməlidir.

9. Katiblik tərəflərin ödəniş kimi istifadə edə bilmələri üçün yuxarıda qeyd edilən tələblər əsasında bank zəmanətlərini nizamlayan şərtlər müəyyən edir.

10. Reqlamentin 30 (2)-ci maddəsinə uyğun olaraq xərclər üçün avans arbitraj araşdırmasının istənilən mərhələsində, xüsusilə mübahisənin məbləğinin dəyişilməsi, arbitrlərin nəzərdə tutulan məsrəflərinin dəyişilməsi, yaxud arbitraj araşdırmasının çətinliyi, yaxud mürəkkəb xarakteri əsas götürülməklə dəqiqləşdirilə bilər.

11. Arbitraj tərkibinin qərarı əsasında keçirilən hər hansı ekspertizanın başlanmasına qədər tərəflər, yaxud onlardan biri, ekspertlərin, arbitraj tərkibi tərəfindən müəyyən edilmiş mümkün olan qonorarlarının və məsrəflərinin ödənilməsinə kifayət edən arbitraj tərkibinin müəyyən etdiyi məbləğdə avans ödəməlidir. Arbitraj tərkibi tərəflərin həmin qonorarları və məsrəfləri ödədiklərinə əmin olmalıdır.

Maddə 2. Xərclər və qonorarlar

1. Məhkəmə Reqlamentin 31 (2)-ci maddəsinə riayət edilməsi şərtilə, arbitrin qonorarlarını aşağıda göstərilmiş cədvəl əsasında, mübahisənin məbləği göstərilmədikdə isə, öz mülahizəsinə müvafiq olaraq müəyyən edir.

2. Məhkəmə arbitrlərin qonorarlarını müəyyən edərkən arbitrin icraçılıq qabiliyyətini, onun tərəfindən sərf edilmiş vaxtı, iş üzrə icraatın operativliyini, həmçinin mübahisənin mürəkkəbliyini müəyyən edilmiş limitlər həddində, yaxud istisna hallarda (Reqlamentin 31 (2)-ci maddəsi) limitlərin müəyyən edilmiş yuxarı, yaxud aşağı həddində məbləği almaq məqsədilə nəzərə alır.

3. İş baxılması üçün birdən çox arbitrə verildikdə, Məhkəmə, öz mülahizəsinə əsasən, qonorarların ümumi məbləğini, bir qayda olaraq, bir arbitrə ödənilən qonorarın üçqat məbləğindən çox olmayan maksimum həddə qədər qaldırmaq hüququna malikdir.

4. Arbitrlərin qonorarları və xərcləri, yalnız bu Reqlamentlə müəyyən edilmiş qaydada, Məhkəmə tərəfindən müəyyən edilir. Arbitrlər və tərəflər arasında qonorarlarla bağlı istənilən razılaşma bu Reqlamentə ziddir.

5. Məhkəmə hər bir arbitraj araşdırması üçün inzibati xərcləri aşağıda göstərilmiş cədvəl əsasında, mübahisənin məbləği göstərilmədiyi halda isə öz mülahizəsinə əsasən müəyyən edir. Məhkəmə istisna hallarda, inzibati xərcləri göstərilən cədvəldə müəyyən edilmiş məbləğlərdən həmin xərclərin cədvəldə göstərilən maksimum məbləğini, bir qayda olaraq, aşmamaq şərtilə daha az, yaxud daha böyük ölçüdə müəyyən edə bilər. Bundan əlavə, tərəflərin hər ikisi, yaxud onlardan biri digər tərəfin buna etirazı olmazsa, işin hərəkətsiz saxlanılmasını xahiş etdikdə, Məhkəmə əlavə inzibati xərclərin ödənilməsini tələb edə bilər.

6. İş üzrə icraat qəti qərar çıxarılana qədər dayandırıldıqda, Məhkəmə arbitraj araşdırmasının dayandırılması mərhələsini və işin hallarına aid olan digər məqamları nəzərə alaraq, öz mülahizəsinə əsasən inzibati xərcləri müəyyən edir.

7. Reqlamentin 29 (2)-ci maddəsi ilə nəzərdə tutulmuş vəsatət daxil olduqda, Məhkəmə arbitraj tərkibinin əlavə qonorarlarının və xərclərinin ödənilməsi üçün avans müəyyən edə və avansın BTP-yə tamamilə ödənilməsindən sonra arbitraj tərkibinə vəsatətin verilə bilməsini şərtləndirə bilər. Məhkəmə arbitraj tərkibi tərəfindən çıxarılmış müvafiq qərarları təsdiq edərkən arbitrlərin qonorarlarını, öz mülahizəsinə əsasən, müəyyən edə bilər.

8. Arbitraj araşdırmasından əvvəl barışıq icraatı aparıldıqda, barışıq icraatı üçün ödənilmiş inzibati xərclərin yarısı arbitraj araşdırması üçün müəyyən edilmiş inzibati xərclərə daxil edilir.

9. Arbitrə ödənilmiş məbləğdən onların qonorarlarına hesablanacaq əlavə dəyər vergisi (ƏDV) və digər ödəniş və rüsumlar tutulmur. Güman edilir ki, bu vergi və rüsumları tərəflər ödəyir; həmin ödənişlərin əvəzinin qaytarılması isə arbitr və tərəflərin arasında olan münasibətlərə aid məsələ hesab olunur.

Maddə 3. Arbitrlərin təyin edilməsi

1. Bu Reqlament əsasında həyata keçirilməyən arbitraj araşdırmasının məqsədləri üçün BTP-yə arbitr təyin edilməsi xahişi ilə müraciət edən tərəf, adətən 2500 ABŞ dollarından çox olmayan məbləği ödəməlidir. Bu məbləğ geri qaytarılmır və BTP-nin mülkiyyəti hesab olunur. Belə ödəniş aparılmayana qədər arbitrin təyin olunması ilə bağlı heç bir vəsatətə baxılmır.

2. Qeyd edilən ödəniş BTP tərəfindən bu təyinetmə ilə əlaqədar göstərilən istənilən xidməti, xüsusilə də arbitrə edilmiş etiraz və arbitrin əvəz edilməsi ilə bağlı qərarın qəbul edilməsini əvəzləşdirir.

Maddə 4. İnzibati xərclər və arbitrlərin qonorarları cədvəli

1. 1 yanvar 1998-ci il tarixdən və ondan sonra icraata qəbul edilmiş bütün işlərə, bu işlərə Reqlamentin hansı variantının tətbiq edilməsindən asılı olmayaraq, aşağıda göstərilmiş inzibati xərclər və arbitrlərin qonorarları cədvəli tətbiq olunur.

2. İnzibati xərclərin və arbitrlərin qonorarlarının ödənilməsi üçün zəruri olan məbləği hesablamaq üçün hər hissənin hesablanmış məbləğini toplamaq lazımdır. Lakin, mübahisənin məbləği 80 milyon ABŞ dollarından çox olduqda 75.800 ABŞ dolları məbləğində birdəfəlik ödəniş inzibati xərcləri tamamilə təmin edir.

A. İNZİBATİ XƏRCLƏR

Mübahisənin qiyməti (ABŞ dollarında)

İnzibati xərclər

50.000-ə qədər

 

2.500$

50.001-dən

100.000-ə qədər

3,50 %

100.001-dən

500.000-ə qədər

1,70 %

500.001-dən

1.000.000-a qədər

1,15 %

1.000.001-dən

2.000.000-a qədər

0,60 %

2.000.001-dən

5.000.000-a qədər

0,20 %

5.000.001-dən

10.000.000-a qədər

0,10 %

10.000.001-dən

50.000.000-a qədər

0,06 %

50.000.001-dən

80.000.000-a qədər

0,06 %

80.000.000-dən yuxarı

 

75.800

B. ARBİTRLƏRİN QONORARLARI

Mübahisənin qiyməti (ABŞ dollarında)

Qonorarlar

 

Minimum

Maksimum

50.000-ə qədər

 

2.500$

17,00 %

50.001-dən

100.000-ə qədər

2,00 %

11,00 %

100.001-dən

500.000-ə qədər

1,00 %

5,50 %

500.001-dən

1.000.000-a qədər

0,75 %

3,50 %

1.000.001-dən

2.000.000-a qədər

0,50 %

2,50 %

2.000.001-dən

5.000.000-a qədər

0,25 %

1,00 %

5.000.001-dən

10.000.000-a qədər

0,10 %

0,55 %

10.000.001-dən

50.000.000-a qədər

0,05 %

0,17 %

50.000.001-dən

80.000.000-a qədər

0,03 %

0,12 %

80.000.001-dən

100.000.000-a qədər

0,02 %

0,10 %

100.000.000-dan yuxarı

 

0,01 %

0,05 %


Mübahisənin məbləği
(ABŞ dollarında)

A.  İnzibati xərclər (ABŞ dollarında)

B.  Arbitrlərin qonorarları
(ABŞ dollarında)

Minimum

Maksimum

50.000-ə qədər

2.500

2.500

Mübahisənin məbləğindən 17,00%

50.001-dən
100.000-dək

2.500+50.000-dən yuxarı məbləğin 3,50%-i

2.500+50.000-dən yuxarı məbləğin 2,00%-i

8.500 +50.000-dən  yuxarı məbləğin 11,0%-i

100.001-dən 500.000-dək

4.250+100.000-dən yuxarı məbləğin 1,70%-i

3.500+100.000-dən yuxarı məbləğin 1,00%-i

14.000+100.000-dən yuxarı məbləğin 5,50%-i

500.001-dən 1.000.000-dək

11.050+500.000-dən yuxarı məbləğin 1,15%-i

7.500+500.000-dən yuxarı məbləğin 0,75%-i

36.000+500.000-dən yuxarı məbləğin 3,50%-i

1.000.001-dən 2.000.000-dək

16.800+1.000.000-dən yuxarı məbləğin 0,60%-i

11.250+1.000.000-dan yuxarı məbləğin 0,50%-i

53.500+1.000.000-dan yuxarı məbləğin 2,50%-i

2.000.001-dən 5.000.000-dək

22.800+2.000.000-dən yuxarı məbləğin 0,20%-i

16.250+2.000.000-dan yuxarı məbləğin 0,25%-i

78.500+2.000.000-dan yuxarı məbləğin 1,00%-i

5.000.001-dən 10.000.000-dək

28.800+5.000.000-dən yuxarı məbləğin 0,10%-i

23.750+5.000.000-dan yuxarı məbləğin 0,10%-i

108.500+5.000.000-dan yuxarı məbləğin 0,55%-i

10.000.001-dən 50.000.000-dək

33.800+10.000.000-dən yuxarı məbləğin 0,06%-i

28.750+10.000.000-dan yuxarı məbləğin 0,05%-i

136.000+10.000.000-dan yuxarı məbləğin 0,17%-i

50.000.001-dən 80.000.000-dək

57.800+50.000.000-dən yuxarı məbləğin 0,06%-i

48.750+50.000.000-dan yuxarı məbləğin 0,03%-i

204.000+50.000.000-dan yuxarı məbləğin 0,12%-i

80.000.001-dən 100.000.000-dək

75.800

57.750+80.000.000-dan yuxarı məbləğin 0,02%-i

240.000+80.000.000-dan yuxarı məbləğin 0,10%-i

100.000.000-dan yuxarı

75.800

61.750+100.000.000-dan yuxarı məbləğin 0,01%-i

260.000+100.000.000-dan yuxarı məbləğin 0,05%-i

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


AZƏRBAYCAN ARBİTRAJ VƏ
MEDİASİYA MƏRKƏZİ

 

 

 

ARBITRAJ QƏZETİ

"ARBİTRAJ" QƏZETİ