Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: “RESPUBLİKA” QƏZETİNDƏ VƏ “OLAYLAR” İNFORMASİYA AGENTLİKLƏRİNDƏ AZƏRBAYCAN ARBİTRAJ VƏ MEDİASİYA MƏRKƏZİNIN XÜSUSİ BURAXILIŞI HAQQINDA İNFORMASİYALAR YAYILMIŞDIR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

“RESPUBLİKA” QƏZETİNDƏ VƏ “OLAYLAR” İNFORMASİYA AGENTLİKLƏRİNDƏ AZƏRBAYCAN ARBİTRAJ VƏ MEDİASİYA MƏRKƏZİNIN XÜSUSİ BURAXILIŞI HAQQINDA İNFORMASİYALAR YAYILMIŞDIR
Qəzetin 19  və 20 dekabr 2008-ci il tarixli nömrələrində dərc olunmuş yazılarda və “Olaylar”ın 19 dekabrda yaydığı xəbərdə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə və beynəlxalq əlaqələrinə həsr olunmuş xüsusi buraxılışın Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 1000 nüsxədə çap edildiyi bildirilir. Qeyd olunur ki, Xüsusi buraxılışda Almaniya, Qahirə, Rumıniya, Avstraliya, Honq Konq, Avstriya, Milan, Venesiya, Dubay, Malayziya, Ukrayna arbitraj institutları ilə BKAM-ın səmərəli qarşılıqlı əlaqələri qurulmuşdur, BKAM-ın təmsilçiləri beynəlxalq tədbirlərdə iştirak edir, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar barədə xarici həmkarlarını məlumatlandırırlar. Buraxılışda beynəlxalq arbitraj institutları rəhbərlərinin BKAM-ın 5 illik fəaliyyəti və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) yenidən təşkil edilməsinin əhəmiyyətinə dair rəy və mülahizələri, təbrikləri də öz əksini tapmışdır. Həmçinin, BKAM-ın beynəlxalq arbitrləri siyahısında təmsil olunan arbitrlər haqqında məlumatlar və onların da təbrikləri bu nəşrdə yer almışdır.
Xəbərlərdə AAMM-ın Kommersiya Arbitraj İnstitutunun Beynəlxalq Federasiyasına üzvlüyə qəbul olunmaq istiqamətində fəaliyyətinin uğurla davam etdiyi də vurğulanır.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU