Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASININ BAŞ KATIBI STEFANO AZZAL: “BKAM MÜHÜM UĞURLAR QAZANMIŞDIR”
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASININ BAŞ KATIBI STEFANO AZZAL: “BKAM MÜHÜM UĞURLAR QAZANMIŞDIR”
Milan Milli və Beynəlxalq Arbitraj Palatası Milan Ticarət Palatası tərəfindən yaradılmışdır və  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.  Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.
Milan Milli və Beynəlxalq Arbitraj Palatasının Baş katibi Stefano Azzal   Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili  münasibətilə öz səmimi təbriklərini bildirmişdir: “Peşəkarlıq və əzmkarlığınız sayəsində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılması, ümumiyyətlə, mübahisələrin alternativ həlli prosedurlarının təşkili istiqamətində ciddi nəticələr əldə etmisiniz.
Ümid edirəm ki, tezliklə təşkilatlarımız arasında qarşılıqlı əməkdaşlıq münasibətlərimizi gücləndirmək üçün birgə işləmək fürsətimiz olacaqdır. Fəaliyyətinizdə uğurlar arzulayıram.”
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU