Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: RKSP BKAM-LA ƏMƏKDAŞLIQ DAVAM EDIR
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

RKSP BKAM-LA ƏMƏKDAŞLIQ DAVAM EDIR
13  sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (BKAM) ilə Rumıniya Kommersiya və Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi (RKSP BKAM) arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. RKSP BKAM pre­zi­denti Prof. Ad­ri­an Se­ve­rin BKAM-ın fəaliyyətinin 5 illiyi və Azər­bay­can Ar­bit­raj və Me­dia­si­ya Mər­kə­zi­nin yenidən tə­şkil olun­ma­sı ilə bağ­lı məktubunda Mərkəzin kollektivini təbrik edərək, fəa­liy­yə­tlərin­də müvəf­fə­qiy­yət­lər ar­zu­lamış və əlavə etmişdir: “mahiyyəti etibarilə mürək­kəb olan bey­nəl­xalq kom­mer­si­ya ar­bit­ra­jı və müba­hi­sə həl­li sa­hə­si­nin müx­tə­lif as­pekt­lə­rin­də fi­kir müba­di­lə­si istiqamətində uzun müd­dət­li və məh­sul­dar əmək­daş­lı­ğı­mı­zı da­vam et­di­rə­cə­yi­mi­zə ümid edi­rik.”
Qeyd edək ki, RKSP BKAM 1953-cü il­də xa­ri­ci ti­ca­rət müba­hi­sə­lə­ri­nin həl­li məqsədilə ya­ra­dıl­mış­dır. 3 de­kabr 2007-ci il ta­rix­li 335 say­lı Qa­nu­na əsa­sən, RKSP BKAM yenidən təşkil edilərək səlahiyyətləri genişləndirilmişdir, bey­nəl­xalq və yer­li müba­hi­sə­lə­rin ar­bit­raj qay­da­sın­da həll edil­mə­si səlahiyyətinə malik olmuşdur.
RKSP BKAM-ın Təş­ki­li və Fəa­liy­yə­ti haq­qın­da Əsas­na­mə­yə görə, BKAM ar­bit­raj pro­ses­ləri üz­rə məs­lə­hət­ləş­mə­lər, ar­bit­raj sa­hə­sin­də tə­lim­lər və təd­qi­qat­lar, RKSP sis­te­mi çər­çi­və­sin­də ar­bit­raj ko­mis­si­ya­la­rı ilə əmək­daş­lıq kimi xid­mət­lə­ri həyata keçirir.
Ar­bit­raj - bey­nəl­xalq və yer­li kom­mer­si­ya mü­ba­hi­sə­lə­ri­nin həl­li üçün nə­zər­də tu­tu­lan və  onun yu­ris­dik­si­ya­sı tə­rəf­lər ara­sın­da­kı iş­güzar müqa­vi­lə­lər­də və ya on­la­ra əla­və­lər­də ək­si­ni ta­pan ra­zı­laş­ma­ya əsas­la­nır
Pro­ses­lər üz­rə məs­lə­hət­ləş­mə­lər-Ar­bit­raj Məh­kə­mə­si­nin binasında te­le­fon və ya poçt va­si­tə­si­lə məh­kə­mə­nin mütə­xəs­sis­lə­ri tə­rə­fin­dən təş­kil olu­nur.
Bey­nəl­xalq əmək­daş­lıq-di­gər öl­kə­lə­rin anoloji ins­ti­tut və təş­ki­lat­la­rı ilə əmək­daş­lı­ğın ya­ra­dıl­ma­sı və in­ki­şa­fı məq­sə­di­lə təş­kil olu­nur. Bey­nəl­xalq konf­rans­lar­da iş­ti­rak və on­la­rın təş­ki­li, görüş­lər, fo­rum və se­mi­nar­lar da bu­ra da­xil­dir.
Tə­lim və təd­qi­qat­lar–müba­hi­sə­lə­rə tət­biq olu­nan bey­nəl­xalq ar­bit­raj hüquq və qa­nun­ve­ri­ci­li­yi­nin araş­dı­rıl­ma­sı­na xid­mət edir.

AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU