Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər: AVSTRİYA BEYNƏLXALQ ARBİTRAJ MƏRKƏZİNİN BAŞ KATİBİ MANFRED HAYDER: “AZƏRBAYCANIN SÜRƏTLƏ İNKİŞAF EDƏN İQTİSADİYYATI VAR.”
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

AVSTRİYA BEYNƏLXALQ ARBİTRAJ MƏRKƏZİNİN BAŞ KATİBİ MANFRED HAYDER: “AZƏRBAYCANIN SÜRƏTLƏ İNKİŞAF EDƏN İQTİSADİYYATI VAR.”
26 iyun 2007-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Avstriya Federal İqtisadiyyat Palatasının Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Avst­ri­ya Fe­de­ral İq­ti­sa­diyyat Pa­la­ta­sının Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi­nin baş ka­ti­bi Manf­red Hay­der BKAM-ın fəaliyyətinin 5 il­liyi və Azər­bay­can Ar­bit­raj və Me­dia­si­ya Mər­kə­zi­nin yenidən təşkili müna­si­bə­ti­lə göndərdiyi məktubda kollektivi təb­rik edərək yazır: “Müba­hi­sələrin həl­li üsulu ki­mi ar­bit­ra­jın əhəmiyyəti get­dik­cə art­maq­da­dır. Xa­ri­ci in­ves­ti­si­ya­nı cəlb et­mək üçün ar­bit­raj və digər məsələləri tən­zim­lə­yən müa­sir hüqu­qi bazanın mövcudluğu zə­ru­ri­dir. Xa­ri­ci ar­bit­raj qə­rar­la­rı­nın ta­nın­ma­sı və ic­rası haq­qın­da Nyu-York Kon­ven­si­ya­sı­nın üz­vü və Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­ra­jı haq­qın­da UN­CIT­RAL Nümunəvi Qa­nu­nu­nu, digər qanunvericilik aktlarını qə­bul et­miş öl­kə ki­mi Azər­bay­can Respublikasında ciddi hüquqi baza yaranmışdır. BKAM re­gi­on­da apa­rı­cı ar­bit­raj ins­ti­tu­tu­na çev­ril­mək üçün səmərəli im­kan­la­ra ma­lik­dir. Azər­bay­ca­nın sürət­lə inkişaf edən iq­ti­sa­diy­ya­tı var. Ölkədə iq­ti­sa­di iq­li­min əl­ve­riş­li­li­yi neft-qaz sə­na­ye­sin­də Ba­kı-Tbi­li­si-Cey­han ki­mi mühüm layihə­ni­n və Tür­ki­yə­yə qə­dər olan qaz kə­mə­ri çə­ki­li­şi­nin ba­şa çat­ma­sı Azər­bay­ca­nı bey­nəl­xalq iq­ti­sa­diy­ya­tı­n diq­qət mər­kə­zin­ə çıxar­mış­dır. Yal­nız ener­ji sek­to­ru de­yil, ey­ni za­man­da in­şa­at sə­na­ye­si və ya­na­caq kəş­fiy­ya­tı üçün ava­dan­lıq is­teh­sal­çı­la­rı öl­kə­nin da­vam­lı və di­na­mik in­ki­şa­fı­na öz töh­fə­lə­ri­ni vermişlər. Be­lə­lik­lə, xari­ci şir­kət­lər­lə Azər­bay­can müəs­si­sə­lə­ri ara­sın­da­kı iq­ti­sa­di əla­qə­lər in­ki­şaf et­dik­cə, bu tip iq­ti­sa­di müna­si­bət­lər­dən ya­ra­nan müba­hi­sə­lə­rin ar­bit­raj­da həll edi­lə­cə­yi göz­lə­ni­lən hal­dır.”
Xatırladaq ki, Avst­ri­ya Fe­de­ral İq­ti­sa­diyyat Pa­la­ta­sı­nın Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi 1975-ci il­də tə­sis edil­miş­dir. Onun Şərq-Qərb ar­bit­ra­jın­da zən­gin təc­rü­bə­si var­dır. Azər­bay­can Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj Məh­kə­mə­si ilə əmək­daş­lıq əla­qə­lə­ri­nə da­xil ol­maq mən­tiq­li bir ad­dım idi. Ümid edi­rik ki, ya­xın gə­lə­cək­də bu əmək­daş­lıq daha da məh­sul­dar və da­va­me­di­ci ola­caq­dır.
Avst­ri­ya Fe­de­ral İq­ti­sa­diyyat Pa­la­ta­sının Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi bey­nəl­xalq ti­ca­rət və iq­ti­sa­di müqavilələrdən irəli gə­lən mü­ba­hi­sə­lə­rin ar­bit­raj qay­da­sın­da həll olun­ma­sı məq­sə­di ilə Avst­ri­ya Fe­de­ral İq­ti­sa­diyyat Pa­la­ta­sı tə­rə­fin­dən ya­ra­dıl­mış­dır. Qeyd et­mək la­zım­dır ki, bu qurum ilk dəfə mü­ba­hi­sə­lə­rin ba­rış­dı­rı­cı (va­si­tə­çi) və ar­bit­raj qay­da­sın­da həl­li­ni nə­zər­də tu­tan Ar­bit­raj Mər­kə­zi kimi ya­ra­dıl­mış­, son­ra­dan Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi ad­lan­dı­rıl­mış­dır.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU