Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
BEYNƏLXALQ ARBITRAJ SAHƏSINDƏ DƏYƏRLI VƏSAIT
“BEYNƏLXALQ ARBİTRAJ.
Qanunvericilik və şərhlər” kitabı nəşr olundu
Beynəlxalq arbitraj sahəsində maarifləndirmə tədbirlərindən biri kimi  “International Commercial Arbitration” Cəmiyyəti tərəfindən nəşr hazırlanan kitab, nəhayət, işıq üzü gördü. Sirr deyil ki, beynəlxalq arbitraj sahəsində Azərbaycan dilində ədəbiyyat çatışmazlığı var, demək olar ki, arbitraj hüququ və beynəlxalq arbitraj sahəsində təcrübə ilə bağlı Azərbaycan dilində vəsait yoxdur.
BKAM-ın rəhbərliyində dəyişiklik
“İnternational Commercial Arbitration” Cəmiyyətinin yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) rəhbərliyində dəyişiklik baş verib. Sentyabrın 17-də BKAM-ın Rəyasət Heyətinin iclası keçirilib. BKAM-ın sədri Natiq Abdullayev öz vəzifəsindən istefa verməsi barədə Rəyasət Heyətinə müraciət edib. Onun təklifi ilə BKAM-ın sədrinin I müavini Vidadi Mirkamalın BKAM-ın sədri seçilməsi məsələsi müzakirə edilərək qəbul olunub.
Arbitrlər üçün seminarlar başa çatdı
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avrasiya Fondunun dəstəyi ilə “İnternational Commercial Arbitration” Cəmiyyəti tərəfindən həyata keçirilən “Azərbaycanda arbitraj (münsif) məhkəməsinin yaradılması və fəaliyyətinin təşkili” proqram layihəsi üzrə tədbirlərin son mərhələsi keçirilib.
AZƏRBAYCAN BEYNƏLXALQ ARBİTRAJ MƏHKƏMƏSİNİN ƏSASNAMƏSİ İNGİLİS DİLİNDƏ NƏŞR EDİLMİŞDİR
“İnternational Commercial Arbitration” Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Avrasiya” fondunun maliyyə dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” kitabını nəşr etmişdir.
“BENƏLXALQ ARBİTRAJ Qanunvericilik və şərhlər”
Azərbaycanda ilk dəfə beynəlxalq arbitraj
sahəsində sanballı kitab nəşr olunacaq
“International Commercial Arbitration” Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə respublikamızda ilk dəfə təsis edilən və fəaliyyətə başlayan Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılmasından keçən müddət ərzində maarifləndirmə məqsədilə bir çox işlər görülüb. BKAM-ın Əsasnaməsi Azərbaycan, ingilis və rus dillərində broşüra şəklində nəşr olunub, dünya internet şəbəkəsinə qoşulmuş internet səhifəsi istifadəyə verilib.
AZƏRBAYCAN BEYNƏLXALQ ARBİTRAJ MƏHKƏMƏSİNİN ƏSASNAMƏSİ NƏŞR EDİLMİŞDİR
“İnternational Commercial Arbitration” Cəmiyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Avrasiya” fondunun maliyyə dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinin Əsasnaməsi” kitabını nəşr etmişdir.
“İnternational Commercial Arbitration” Cəmiyyətinin nəzdində ”Arbitraj” qəzeti açılmışdır
Nəşrin əsas məqsədi ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək, mübahisələrin məhkəmədənkənar alternativ həlli vasitələrindən biri olan arbitraj ideyasının təbliği, yayılması, nəzəri-təcrübi əsaslarının öyrədilməsidir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU