Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
Bakıda beynəlxalq konfrans keçiriləcək
Avropa və Asiyanın arbitraj və mediasiya üzrə mütəxəssisləri bir araya gəlir

25 oktyabr 2012-ci ildə Bakıda Grand Europe Hotel-də «Yerli və beynəlxalq mübahisələrin həllində arbitrlər və mediatorlar» mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları Polşanın Novotomısk Ticarət Palatası yanında Arbitraj Məhkəməsi, Polşa Arbitraj və Mediasiya Assosiasiyası və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzidir...
AAMM-in Baş katibi beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir
24-25 may 2012-ci il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində «Ukraynada və dünyada beynəlxalq kommersiya arbitrajı: dünən, bu gün, sabah» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Ukrayna Sənaye-Ticarət Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 20 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə Avstriya, İsveç, İsveçrə, Belçika, Fransa, Finlandiya, Böyük Britaniya, Bolqarıstan, Niderland, Polşa, Çexiya və s. ölkələr daxil olmaqla, 20-dən artıq Avropa ölkəsi, Baltikyanı ölkələr, Rusiya, Belarus, Qazaxıstandan nümayəndələr iştirak etmişlər.
Məhkəmələrdə mediasiya
Beynəlxalq tədbirdə məhkəmələrdə mediasiyanın tətbiqi perspektivləri müzakirə olunmuşdur
Mart ayının 16-da Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Ali Məhkəməsinin binasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) «Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi» layihəsinin, USAİD-nin və Gürcüstan Ali Məhkəməsinin dəstəyi ilə «Məhkəmələrdə mediasiya və mübahisələrin alternativ həlli yolları. Şərqi Avropa ölkələrində və digər ölkələrdə perspektivlər» mövzusunda dəyirmi masa keçirilmişdir.
KOLLEKTİVİMİZ QARADAĞLI ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Hüquqi İslahatlara Yardım Mərkəzi, «AZE Konsaltinq Qrup» və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin kollektivi Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş faciənin 20-ci ildönümündə Şəhidlər xiyabanında olmuş, torpaqlarımızın və dövlət müstəqilliyimizin müdafiəsi uğrunda canlarını qurban vermiş igid vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!
KİYEVDƏ KEÇİRİLƏCƏK BEYNƏLXALQ KONFRANSA AZƏRBAYCAN ARBİTRAJ VƏ MEDİASİYA MƏRKƏZİ DƏ DƏVƏT EDİLMİŞDİR
Ukraynanın Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin 24-25 may 2012-ci ildə Kiyevdə keçiriləcək beynəlxalq elmi konfransına Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) də dəvət olunmuşdur. Bununla bağlı Palata və Məhkəmə rəhbərlərinin imzası ilə AAMM-nin Baş katibi Alidə Mahmudovanın adına göndərilmiş məktuba konfransın proqramı, qeydiyyat forması da əlavə edilmişdir...
BEYNƏLXALQ KONFRANSDA AZƏRBAYCANI BKAM TƏMSİL ETMİŞDİR
Bu il sentyabrın 21-22-də Gürcüstanın Batumi şəhərində “Mərkəzi, Şərqi Avropa və bir neçə Asiya ölkəsində arbitraj və mediasiya” mövzusunda konfrans keçirilmişdir. Şota Rustaveli adına Batumi Dövlət Universitetinin iclas salonunda təşkil edilmiş beynəlxalq işçi konfransının təşkilatçısı Polşa və Gürcüstanın Arbitraj məhkəmələri idi...
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İdarə Heyətimizin üzvü, BKAM-ın arbitri Hacı Nərimanoğlu ilə görüşdü
Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın müəllifi ilə görüşmüşdür
Bakı, 28 iyul (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşmüşdür.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU