Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
Bakıda Beynəlxalq Kommersiya Arbitrajına həsr olunmuş tədbir keçiriləcəkdir
11-13 fevral 2009-cu ildə Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və Baker & McKenzie şirkətinin iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçiriləcəkdir.
AAMM-ın 2-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır
 Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) 2-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır. Bu nömrə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuşdur.
Azərbaycanda Mediasiya haqqında ilk kitab nəşr olunmuşdur
 Hüquqi İslahatlara Yardım Mərkəzinin təsisçisi olduğu Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevin “Mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi” kitabı CBS mətbəəsində çapdan çıxmışdır. Nəşrin elmi redaktoru Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayevdir.
AAMM AVROPANIN NÜFUZLU ARBİTRAJLARI İLƏ BİRLİKDƏ TƏDBİRLƏR KEÇİRİR
Venesiya Milli Və Beynəlxalq Arbitraj Palatası 2009-cu il aprelin 4-də Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) ilə birlikdə Bakıda seminar keçirəcəkdir. Bu barədə Palatanın Baş katibi Paolo Brugneranın AAMM-in Baş katibi Alidə Mahmudovaya göndərdiyi məktubda bildirilir. Birgə seminarın keçirilməsinə AAMM öz razılığını bildirmişdir. Hazırda tədbirin təşkili ilə əlaqədar məsələlər müzakirə olunur.
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Baş katibi Belarus Respublikasında keçiriləcək konfransda iştirak edəcəkdir
Bu barədə Mərkəzin Rəyasət Heyətinin qərarında bildirilir.Xatırladaq ki, Belarus Respublikasının Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinin sədri Y.İ. Funk Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevə göndərdiyi məktubda qurumun 15 illiyi münasibətilə...
Moskvadakı həmkarlarımız Rusiya Hökuməti qarşısında vacib məsələ qaldırmışdır
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən, həmyerlilərimizin təsis etdiyi nüfuzlu qurumlarından olan “Azərros”dan (Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti) HİYM-ə daxil olan məlumatda bildirilir ki, “Azərros”un adından sovet kosmonavtika elminin rəhbərlərindən və ilk nüfuzlu qurucularından biri olmuş general-leytenant Kərim Kərimova Moskvadakı Kosmonavtlar Xiyabanında abidə qoyulması ilə əlaqədar Moskva Hökumətinə və Federal Kosmik Agentliyinə müraciət göndərilmişdir.
Belarus Respublikasında keçiriləcək konfransa Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi də dəvət olunmuşdur
Belarus Respublikasının Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinin sədri Y.İ. Funk Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevə göndərdiyi məktubda bildirir ki, qurumun fəaliyyətinin 15 illiyi münasibətilə aprelin 23-24-də Belarusun paytaxtı Minskdə “Şərq-Qərb: Avropa ölkələrində beynəlxalq arbitrajın inkişafı” mövzusunda regionlararası konfrans keçiriləcəkdir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU