Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
Dr. M.I.M. Aboul-Enein vəfat etmişdir
Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin (CRCİCA) direktoru; Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının (IFCAI) vitse-prezidenti Dr. M.I.M. Aboul-Enein vəfat etmişdir.
“RESPUBLİKA” QƏZETİNDƏ VƏ “OLAYLAR” İNFORMASİYA AGENTLİKLƏRİNDƏ AZƏRBAYCAN ARBİTRAJ VƏ MEDİASİYA MƏRKƏZİNIN XÜSUSİ BURAXILIŞI HAQQINDA İNFORMASİYALAR YAYILMIŞDIR
Qəzetin 19  və 20 dekabr 2008-ci il tarixli nömrələrində dərc olunmuş yazılarda və “Olaylar”ın 19 dekabrda yaydığı xəbərdə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə və beynəlxalq əlaqələrinə həsr olunmuş xüsusi buraxılışın Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 1000 nüsxədə çap edildiyi bildirilir.
RUMINYA BKAM-IN SƏDRI ADRIAN SEVERIN: RUMINIYA VƏ AZƏRBAYCAN ARBITRAJLARININ ƏMƏKDAŞLIĞI IKI ÖLKƏ ŞIRKƏTLƏRI ARASINDA DA ƏLAQƏLƏRIN INKIŞAFINA TƏKAN VERƏCƏKDIR
Rumınya Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Adrian Severin 12 yanvar 2009-cu ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) sədr müavini Natiq Abdullayevə yazdığı məktubda Yeni il münasibəti ilə BKAM-ın  kolektivini Rumıniyalı arbitrlər adından təbrik edərək, fəaliyyətimizdə uğurlar arzu etmişdir.
BKAM-ın ar­bit­ri Ali­də Mah­mu­do­va həm də Uk­ray­na Ar­­bit­­raj Məh­­kə­­mə­­sinin arbitridir
18 fevral 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Uk­­ray­­na Ti­­ca­­rət və Sə­­na­­ye Pa­­la­­ta­­sının Bey­­nəl­­xalq Kom­­mer­­si­­ya Ar­­bit­­raj Məh­­kə­­  mə­­si arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hər iki məhkəmə arasında  mütəma­di ola­raq in­for­ma­si­ya müba­di­lə­si apa­rı­lır. Ukraynadan BKAM-a “Praktika Mejdunarodnoqo Kommerçeskoqo  Arbitraja” jur­na­lı gön­də­ri­lir.
MEDİASİYAYA DAİR TƏLİM PROQRAMLARI HƏYATA KEÇİRİLMİŞDİR
Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü Layihəsi (ABA/CEELI) və ATƏT mediasiya (vasitəçilik) mövzusunda təlim proqramının həyata keçirilməsini təmin etmişdir. 15-18 may 2006-cı ildə Bakı şəhərində və 27-30 may 2006-cı ildə Şəki şəhərində keçirilən təlimlərdə...
MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASININ BAŞ KATIBI STEFANO AZZAL: “BKAM MÜHÜM UĞURLAR QAZANMIŞDIR”
Milan Milli və Beynəlxalq Arbitraj Palatası Milan Ticarət Palatası tərəfindən yaradılmışdır və  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.  Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.
ARBİTRAJ SAHƏSİNDƏ AZƏRBAYCAN-DUBAY ƏLAQƏLƏRİ YARADILMIŞDIR
27 may 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Dubay Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) baş katibi Alidə Mahmudova 22-23 mart 2008-ci ildə Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfər etmiş və həmin səfər çərçivəsində Dubay Beynəlxalq Arbitraj Mərkəzinin direktoru cənab Hussam Al-Talhuni  ilə görüşmüş və arbitraj sahəsində ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU