Azerbaijan Arbitration and Mediation Center - Xəbərlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi
İSTANBUL SIMPOZIUMLARI
2008-ci il ma­yın 8-9-da Tür­­ki­­yə Res­­pub­­li­­ka­­sı İs­­tan­­bul Uni­­ver­­si­­te­­ti Müqa­­yi­­sə­­li Hüquq Araş­­dır­­ma­­la­­rı və Tət­­bi­­qi Mər­­kə­­zi tə­­rə­­fin­­dən Do­­ğan Ya­­yın Hol­­din­­qin ma­­liy­­yə dəs­­tə­­yi­­lə «Bey­­nəl­­xalq Rek­­lam Hüqu­­qu» möv­­zu­­sun­­da təş­kil olu­­nan sim­­po­­zi­­um­­da  Azər­­bay­­can Ar­­bit­­raj və Me­dia­si­ya Mər­kə­zi­nin baş ka­ti­bi­nin hüquq müşa­vi­ri Se­­vinc Ab­­dul­­la­­ye­­va təm­­sil et­­miş­­dir.
AZƏR­BAY­CAN - MA­LAY­ZI­YA ƏLA­QƏ­LƏ­RI ARBITRAJI DA ƏHATƏ EDƏCƏKDIR
Azər­bay­can Ar­bit­raj və Mediasiya Mərkəzinin (AAMM) baş ka­ti­bi Ali­də Mah­mu­do­va 27-28 mart 2008-ci ildə Ma­lay­zi­ya­ya iş­güzar sə­fər et­miş və hə­min sə­fər çər­çi­və­sin­də Kua­la Lum­pur Re­gio­nal Arbitraj Mər­kə­zinin di­rek­to­ru xa­nım Da­to’ Noo­ras­hi­kin Tan Sri Ab­dul Ra­him  ilə görüş­müş və ar­bit­raj sa­hə­sin­də iki­tə­rəf­li əla­qə­lə­rin in­ki­şa­fı­na da­ir da­nı­şıq­lar apar­mış­dır.
UKRAYNA ARBİTRAJI İLƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Ukrayna Ticarət-Sənaye Palatası yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi ilə əlaqələrini yüksək qiymətləndirir və bu qurumla  əməkdaşlığın genişlənməsinə xüsusi maraq göstərir.
VENESİYA MİLLİ VƏ BEYNƏLXALQ ARBİTRAJ PALATASI İLƏ ƏLAQƏ QURULMUŞDUR
29 yanvar 2008-ci ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə  Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası 1990-cı ildə Venesiya Kommersiya Palatası və Venesiya Vəkillər və Mühasiblər Birliyi və Ticarət Assosiasiyaları tərəfindən təsis olunmuş müstəqil arbitraj qurumudur.
ARBİTRAJ SAHƏSİNDƏ AZƏRBAYCAN-İTALİYA ƏMƏKDAŞLIĞI
2007-ci il dekabrın sonunda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin baş katibi Alidə Mahmudova İtaliyada fəaliyyət göstərən və Avropada yüksək reytinqə malik olan Milan Milli və Beynəlxalq Arbitraj Palatasına və Venesiya Ticarət Palatası yanında Milli və Beynəlxalq Arbitraj  Palatasına səfər etmiş və bu qurumların baş katibləri ilə ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.
XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİNİN BKAM-A MƏKTUBU İLƏ BAĞLI TƏKLİFLƏR VERİLMİŞDİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev 13.12.207-ci il tarixdə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsinə (BKAM) ünvanladığı məktubda ölkəmizin İspaniyadakı səfirliyi ilə İspaniyanın Rəqabətin Qorunması Məhkəməsi Prezidentinin köməkçisi D.K.Perez arasında keçirilmiş görüşə dair məlumatı diqqətə çatdıraraq,  BKAM-ın razılığı olduğu təqdirdə gələcəkdə sözügedən qurumla əməkdaşlıq proqramına daxil edilməsi...
MISIRDƏ BEYNƏLXALQ KONFRANS
19-21 noyabr 2007-ci il tarixində Qahirə Regional Arbitraj Mərkəzi, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Beynəlxalq Arbitraj Konfederasiyasının təşkilati dəstəyi ilə Misirin Şarm El Şeyx şəhərində keçirilən «Dövlət Məhkəmələrinin Arbitraj Prosesində Əhəmiyyətli Rolu» mövzusunda II Beynəlxalq Konfransda Azərbaycan Beynəlxalq kommersiya Arbitraj Məhkəməsinin...
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU