Azerbaijan Arbitration and Mediation Center Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxalq əlaqələri inkişaf etməkdədir
Göndərən Admin Tarix: 15.11.2007
2007-ci ilin noyabr ayı ərzində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi dünya miqyaslı Beynəlxalq Konfranslarda təmsil olunmuşdur. 15 noyabr 2007-ci il tarixdə İstanbul Ticarət Palatası tərəfindən təşkil olunan "Dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli" mövzusunda İstanbul Konfransında...

Davamı
2007-ci ilin noyabr ayı ərzində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi dünya miqyaslı Beynəlxalq Konfranslarda təmsil olunmuşdur. 15 noyabr 2007-ci il tarixdə İstanbul Ticarət Palatası tərəfindən təşkil olunan "Dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli" mövzusunda İstanbul Konfransında Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi sədrinin birinci müavini Natiq Abdullayev və arbitr Fətəli Abdullayev təmsil etmişdir, həmin tədbirdə dövlətlərarası ticarət mübahisələrinin həlli sahəsində hazırki dövrdə ən aktual mövzular: "Xarici arbitraj qərarların tanınması və icrası"; "İnvestisiya və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində mübihisələrin həlli" ətraflı müzakirə olunmuşdur. Burada Türkiyənin ədliyyə naziri; İstanbul Ticarət Palatasının sədri; Ümumdünya Ticarət Təşkilatının nümayəndəsi; mübahisələrin həlli sahəsində Braziliyanın, Kanadanın, Avstriyanın, ABŞ-ın, Türkiyənin beynəlxalq səviyyəli ekspertləri məruzəçi qismində iştirak etmişlər.

Səfər çərçivəsində Natiq Abdullayev Türkiyənin ədliyyə naziri və digər yüksək səviyyəli dövlət və özəl sektorun nümayəndələri ilə görüşmüş və arbitrajın regionda inkişafına dair müzakirələr aparmışdır.