Azerbaijan Arbitration and Mediation Center MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASININ BAŞ KATIBI STEFANO AZZAL: “BKAM MÜHÜM UĞURLAR QAZANMIŞDIR”
Göndərən Admin Tarix: 12.07.2008
Milan Milli və Beynəlxalq Arbitraj Palatası Milan Ticarət Palatası tərəfindən yaradılmışdır və  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.  Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.

Davamı

Milan Milli və Beynəlxalq Arbitraj Palatasının Baş katibi Stefano Azzal   Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkili  münasibətilə öz səmimi təbriklərini bildirmişdir: “Peşəkarlıq və əzmkarlığınız sayəsində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin yaradılması, ümumiyyətlə, mübahisələrin alternativ həlli prosedurlarının təşkili istiqamətində ciddi nəticələr əldə etmisiniz.
Ümid edirəm ki, tezliklə təşkilatlarımız arasında qarşılıqlı əməkdaşlıq münasibətlərimizi gücləndirmək üçün birgə işləmək fürsətimiz olacaqdır. Fəaliyyətinizdə uğurlar arzulayıram.”