Azerbaijan Arbitration and Mediation Center HONQ KONQ BEYNƏLXALQ ARBİTRAJ MƏRKƏZİ İLƏ İNFORMASİYA MÜBADİLƏSİ APARILIR
Göndərən Admin Tarix: 12.07.2007
2007-ci il­dən baş­la­ya­raq Honq Konq Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi Azər­bay­can Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj Məh­kə­mə­si ilə əmək­daş­lıq edir və on­lar ara­sın­da mü­tə­ma­di ola­raq in­for­ma­si­ya müba­di­lə­si apa­rı­lır. Honq Konq Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi müba­hi­sə­lə­ri­n ar­bit­raj və di­gər alternativ üsul­la­rla həllini təşkil etmək məq­sə­di­lə 1985-ci il­də tə­sis olun­muş­dur. Bu Mərkəz bir qrup apa­rı­cı iş adam­ı və pe­şə­kar­lar tə­rə­fin­dən yaradılmışdır. Mərkəzin qərargahı ...

Davamı
2007-ci il­dən baş­la­ya­raq Honq Konq Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi Azər­bay­can Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj Məh­kə­mə­si ilə əmək­daş­lıq edir və on­lar ara­sın­da mü­tə­ma­di ola­raq in­for­ma­si­ya müba­di­lə­si apa­rı­lır.
Honq Konq Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi müba­hi­sə­lə­ri­n ar­bit­raj və di­gər alternativ üsul­la­rla həllini təşkil etmək məq­sə­di­lə 1985-ci il­də tə­sis olun­muş­dur. Bu Mərkəz bir qrup apa­rı­cı iş adam­ı və pe­şə­kar­lar tə­rə­fin­dən yaradılmışdır. Mərkəzin qərargahı Asiya regionunda böyük nüfuza sahib olan Honq Konq­ şəhəri seçilmişdir. Mər­kəz biz­nes bir­lik­lə­ri və Honq Konq Hökümə­ti tə­rə­fin­dən maliyyələşdirilməsinə bax­ma­ya­raq, on­la­rın tə­si­rin­dən ta­ma­mi­lə azad, müstəqil fəaliyyət göstərən və öz maliyyə büdcəsinə sahib olan arbitraj qurumudur.
Mər­kəzin ümumi idarəçiliyini Şura  həyata keçirir. Şurada müx­tə­lif dövlətlərin vətəndaşları olan və ge­niş təc­rü­bəyə ma­lik pe­şə­kar­ mütəxəssislər təmsil olunurlar. Mərkəzin ar­bit­raj fəa­liy­yə­ti­ Şu­ra tə­rə­fin­dən Mər­kə­zin baş ka­ti­bi va­si­tə­si­lə ida­rə olu­nur. Baş katib eyni zamanda Mərkəzin Baş İcraçısıdır və bu qurumun qeydiyyat işlərini aparır. Honq Konq Bey­nəl­xalq Ar­bit­raj Mər­kə­zi­nin baş ka­ti­bi Kris­to­fer To BKAM-ın fəaliyyətinin 5 illiyi və Azər­bay­can Ar­bit­raj və Me­dia­si­ya Mər­kə­zi­nin (AAMM) yenidən təşkili ilə  əla­qə­dar öz sə­mi­mi təb­rik­lə­ri­ni çat­dı­raraq yazmışdır: “Ar­tıq beş il­dir ki, BKAM Azər­bay­can­da müs­tə­qil ar­bit­raj ins­ti­tu­tu­nun fəa­liy­yə­ti və beynəlxalq ar­bit­rajın inkişafı üçün öz səylərini sə­fər­bər et­miş­dir. BKAM-ın tə­şəb­büs­lə­ri re­gi­on­da kom­mer­si­ya müba­hi­sə­lə­ri­nin ar­bit­raj va­si­tə­si­lə həl­li­ni­n təb­li­ğini ge­niş­lən­dir­miş­dir.
Ümid edirik ki, uğurlu başlanğıcı olan AAMM Azər­bay­can­da mübahisələrin alternativ həlli üsullarının in­ki­şa­fı üçün stra­te­gi­ya­nın qu­rul­ma­sın­da, bey­nəl­xalq ar­bit­raj konf­rans­la­rı­nın təş­ki­lin­də, həmçinin bey­nəl­xalq əla­qə­lə­rin ge­niş­lən­mə­sin­də mühüm rol oy­na­ya­caqdır.
BKAM və AAMM-a üzümüzə gə­lən il­lər­də uğur­lar ar­zu­la­yırıq. Bu qurumların Azər­bay­can məh­kə­mə­ləri ilə birgə fəaliyyəti re­gi­on­da mübahisələrin alternativ həlli üsullarının inkişafına dəs­tək ola­caq­dır.”