Azerbaijan Arbitration and Mediation Center - Beynəlxalq əlaqələr - BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Beynəlxalq əlaqələr - BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ
ARBİTRAJ SAHƏSİNDƏ AZƏRBAYCAN-DUBAY ƏLAQƏLƏRİ YARADILMIŞDIR

27 may 2008-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Dubay Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) baş katibi Alidə Mahmudova 22-23 mart 2008-ci ildə Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfər etmiş və həmin səfər çərçivəsində Dubay Beynəlxalq Arbitraj Mərkəzinin direktoru cənab Hussam Al-Talhuni  ilə görüşmüş və arbitraj sahəsində ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.
Danışıqlar çərçivəsində sözügedən Mərkəz ilə ikitərəfli Əməkdaşlıq Sazişinin bağlanmasına və gələcəkdə təcrubə, informasiya mübadiləsinin aparılmasına, arbitraj sahəsində kadrların hazırlanması üçün təlim kurslarının və birgə beynəlxalq tədbirlərin təşkil edilməsinə, birgə layihələrin həyata keçirilməsinə, BKAM-ın Asiya Regional Arbitraj İnstitutları Assosiasiyasında təmsil olunması məsələsinə dair müzakirələr aparılmışdır.
Arbitraj sahəsində bu cür əlaqələrın inkişafı Azərbaycan-Dubay biznes mühitinə müsbət təsir göstərən və biznes qurumlarının inamının qazanılmasına təkan verən amillərdən biri kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Dubay Beynəlxalq Arbitraj Mərkəzi (DİAC) beynəlxalq aləmdə yüksək səviyyəli arbitraj xidmətlərini təklif edən bir mərkəzdir. Dubay Beynəlxalq Arbitraj Mərkəzi Dubay Ticarət və Sənaye Palatasının nəzdində təsis olunmuşdur.  İlk dəfə olaraq 1994-cü ildə “Arbitraj və Konsiliasiya Mərkəzi” adı  ilə yaradılmış hazırki Dubay Beynəlxalq Arbitraj Mərkəzi müstəqil, daimi fəaliyyət göstərən, qeyri-kommersiya institutudur.
Dubay Ticarət və Sənaye Palatasının (DCCİ) möhtəşəm binasının 14-cü mərtəbəsində yerləşən Mərkəz xarici və regional biznes birliklərinə əlverişli qiymətlərlə xüsusi xidmətlər təklif edir. DİAC kommersiya arbitrajının aparılmasına imkanlar yaratmaq, mü-bahisələrin arbitraj qaydasında həllini təbliğ etmək, arbitrlərin beynəlxalq arbitraj sahəsində təcrübələrini inkişaf etdirmək məqsədlərilə yaradılmışdır.
İnstitusional arbitraj mərkəzi kimi Dubay Beynəlxalq Arbitraj Mərkəzinin əsas fəaliyyət istiqamətləri mübahisələrin keyfiyyətli, çevik və qərəzsiz həllini təmin etmək, arbitrləri təyin etmək, arbitr və konsiliatorlar üçün rüsumları və arbitrajın keçirilmə yerini müəyyən etməkdən ibarətdir.
Dubay Beynəlxalq Arbitraj Mərkəzi yüksək bacarıq və peşəkarlığa malik arbitrləri seçir. Müxtəlif ölkələrdən olan və hüquq sahəsində təcrübəli arbitr və mediatorlara aid informasiyanı da Mərkəzdən əldə etmək olar. Dubay Beynəlxalq Arbitraj Mərkəzi, həmçinin aidiyyatı olan sahələrdə praktiki təcrübə və geniş biliklərinə görə tanınmış ekspertlərin reyestrini də aparır.




AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU