Azerbaijan Arbitration and Mediation Center - Beynəlxalq əlaqələr - MALAYZİYA
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Beynəlxalq əlaqələr - MALAYZİYA

KUALA LUMPUR REGİONAL ARBİTRAJ MƏRKƏZİ (KLRCA) HAQQINDA

Müba­hi­sə­lərin məh­kə­mə­dən­kə­nar həlli me­to­dlarını səmərəli təmin et­mək məqsədi ilə 1978-ci il­də Ma­lay­zi­ya­nın pay­tax­tın­da Kua­la Lum­pur Re­gio­nal Ar­bit­raj Mər­kə­zi tə­sis edil­miş­dir.
Hökümət­lə­ra­ra­sı bey­nəl­xalq qurum olan Asi­ya-Af­ri­ka Hüqu­qi Məs­lə­hət Təş­ki­la­tı­nın hi­ma­yə­si al­tın­da Mər­kəz Asi­ya-Sa­kit Oke­an re­gio­nun­da kom­mer­si­ya və in­ves­ti­si­ya müba­hi­sə­lə­ri­nin həl­li üçün neyt­ral ins­ti­tut ki­mi fəa­liy­yət gös­tə­rir.  Kuala Lumpur Regional Arbitraj Mərkəzinin əsas funk­si­ya­la­rı aşağıdakı­lar­dır:
-Asi­ya-Sa­kit Oke­an re­gio­nun­da bey­nəl­xalq kom­mer­si­ya ar­bit­ra­jı­nın inkişaf etdirilməsi;
-Mər­kə­zin Qay­da­la­rı­na (UN­CIT­RAL Qay­da­la­rı) uy­ğun ola­raq bey­nəl­xalq və yer­li ar­bit­raj­la­rın ida­rə edil­mə­si;
-Qə­rar­la­rın ic­rası ilə bağ­lı yar­dım edil­mə­si;
-Mər­kə­zin Kon­si­lia­si­ya Qay­da­la­rı­na mü­va­fiq ola­raq mü­ba­hi­sə­lə­rin həl­li üçün me­dia­si­ya, kon­si­lia­si­ya ki­mi di­gər va­si­tə­lə­rin is­ti­fa­də­si­ni genişləndirmək;
-MYNİC Stra­te­gi­ya və Qay­da­la­rı, Mər­kə­zin Əla­və Qay­da­la­rı­na əsa­sən bey­nəl­xalq və yer­li mü­ba­hi­sə həl­li pro­se­si­nin ida­rə edil­mə­si;
-Mər­kə­zə müraciət edən hər bir şəxsə məs­lə­hətlər vermək və yar­dım­ göstərmək.  Mü­ba­hi­sə tə­rəf­lə­ri­nin öz mü­ba­hi­sə­lə­ri­ni bey­nəl­xalq və ya yer­li xa­rak­ter da­şı­ma­sın­dan ası­lı ol­ma­ya­raq Mər­kə­zin Qay­da­la­rı­na mü­va­fiq həll et­mə­k hü­qu­qu var. Ma­lay­zi­ya­da ar­bit­raj pro­se­si 1952-ci il tarixli Ar­bit­raj Ak­tı (Akt 93) və 1980-ci il ta­rix­li Ali Məh­kə­mə­nin Qay­da­la­rı əsasında, 69 say­lı Sə­rən­ca­ma mü­va­fiq ola­raq ni­zam­la­nır.
-ci il ta­rix­li Ar­bit­raj Ak­tı UN­CİT­RAL Nümunəvi Qa­nu­nu­na de­yil, İn­gil­tə­rə­nin
1950-ci il Ar­bit­raj Ak­tı­na əsas­lan­mış­dır.
Ha­zır­da Ma­lay­zi­ya hü­qu­qun­da  iki müx­tə­lif re­jim­lər var­dır: 1952-ci il Ar­bit­raj Ak­tı­nın 34-cü böl­mə­sinin tənzimlədiyi məh­kə­mə yurisdiksiyasından kənar ar­bit­raj­lar və 34-cü böl­mə­ istisna olmaqla, Ak­tın qa­lan his­sə­si­nin tət­biq edil­di­yi ar­bit­raj­lar. 1952-ci il Ar­bit­raj Ak­tı­nın 34-cü böl­mə­si əsa­sın­da fəa­liy­yət gös­tə­rən ar­bit­raj­lar

Soldan sağa:
Alidə Mahmudova  (AAMM-ın baş katibi),
Da­to’ Noo­ras­hi­kin Tan Sri Ab­dul Ra­him
(KLRCA direktoru)


aşağıdakılardır:
-1965-ci il ta­rix­li Döv­lət­lər və xa­ri­ci döv­lət­lə­rin şəxs­lə­ri ara­sın­da İn­ves­ti­si­ya Mü­ba­hi­sə­lə­ri­nin Həl­li üz­rə Kon­ven­si­ya (“Va­şinq­ton Kon­ven­si­ya­sı”) ilə ida­rə olu­nan ar­bit­raj­lar;
-1976- cı i l ta­rix­li UN­CIT­RAL-ın  Nümunəvi Ar­bit­raj Qay­da­la­rı əsa­sın­da;
-Kua­la Lum­pur Re­gio­nal Ar­bit­raj Mər­kə­zi­nin Qay­da­la­rı əsa­sın­da fəa­liy­yət gös­tə­rən ar­bit­raj­lar.
Ma­lay­zi­ya 1965-ci il tarixli Va­şinq­ton Kon­ven­si­ya­sı­na uy­ğun olan İn­ves­ti­si­ya Mü­ba­hi­sə­lə­ri­nin Həl­li üz­rə 1966-cı il ta­rix­li Kon­ven­si­ya Ak­tı­nı qəbul etmişdir.  Kua­la Lum­pur Re­gio­nal Ar­bit­raj Mər­kə­zi 1976-cı il ta­rix­li UN­CIT­RAL-ın Ar­bit­raj Qay­da­la­rı­nı öz ins­ti­tu­sio­nal çər­çi­və­si­nə mü­va­fiq olan dü­zə­liş­lər­lə qə­bul et­miş­dir. Ha­zır­da Ma­lay­zi­ya­da nüfuzlu ar­bit­raj mər­kə­zlərindən sayılır. Ma­lay­zi­ya hö­kü­mə­ti cid­di şə­kil­də bey­nəl­xalq ar­bit­ra­jı dəstəkləyir və Kua­la Lum­pur Re­gio­nal Ar­bit­raj Mər­kə­zi­nin inf­rast­ruk­tu­ru­nun ma­liy­yə­ləş­diril­mə­si­nə və bey­nəl­xalq ar­bit­raj­la­rın inkişafına dəs­tək ve­rir.
Ar­bit­raj qə­rar­la­rı­nın ic­ra­sı 1952-ci il Ar­bit­raj Ak­tı­nın 34(2) və 34(3) böl­mə­si ilə tə­min olu­nur. 1965-ci il Va­şinq­ton Kon­ven­si­ya­sı­na əsa­sən apa­rı­lan ar­bit­raj pro­ses­lə­ri­nin

Alidə Mahmudova (AAMM-in baş katibi)
nə­ti­cə­si ki­mi əl­də edi­lən ar­bit­raj qə­ra­rı hə­min Kon­ven­si­ya­nın müd­dəa­la­rı­na mü­va­fiq, Kuala Lumpur Regional Arbitraj Mərkəzi Qay­da­la­rı əsa­sın­da çı­xa­rıl­mış ar­bit­raj qə­rar­la­rı isə Xa­ri­ci Ar­bit­raj Qə­rar­la­rı­nın Ta­nın­ma­sı və İc­ra­sı Haq­qın­da 1958-ci il Nyu-York Kon­ven­si­ya­sı­na müva­fiq ic­ra edi­lir.
AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU