MİSİR ƏRƏB RESPUBLİKASI

 

QAHİRƏ REGİONAL BEYNƏLXALQ KOMMERSİYA
ARBİTRAJ MƏRKƏZİ İLƏ ƏLAQƏLƏR İNKİŞAF EDİR

 

12 sentyabr 2006-cı ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Xatırladaq ki, CRCİCA 1979-cu il­dən fəaliyyət göstərir, baş qərargahı Mi­sir­də yerləşir, müs­tə­qil, qey­ri-kommersiya əsasları ilə fəaliyyət göstərir. Qurum Mi­sir­də­ki müs­tə­qil bey­nəl­xalq təş­ki­lat­la­rın ma­lik ol­du­ğu bütün im­ti­yaz və güzəştlərdən fay­da­lanmaq hüququna malikdir. Mərkəzin əsas prin­si­pi Asi­ya və Af­ri­ka öl­kə­lə­rin­də iq­ti­sa­di in­ki­şaf plan­la­rı­nı sürət­lən­dir­mək və yar­dım et­mək məq­sə­di­nə yönəl­miş­dir. CRCİCA-nın tərkibinə daxil olan: Bey­nəl­xalq Də­niz Ar­bit­rajı üz­rə İs­gən­də­riy­yə Mər­kə­zi (ACİ­MA), Bey­nəl­xalq Ar­bit­raj üz­rə İs­gən­də­riy­yə Mər­kə­zi (ACİA), Me­dia­si­ya və ADR Mər­kə­zi, Kom­mer­si­ya və Də­niz Ar­bit­rajı üz­rə Port Sə­id Mər­kə­zi arbitrajla yanaşı, həm­çi­nin kon­si­lia­si­ya, me­dia­si­ya və tex­ni­ki eks­per­ti­za ki­mi Al­ter­na­tiv Müba­hi­sə Həl­li Üsul­la­rını (ADR) da həyata keçirir.
Qahirə Regional Beynəlxalq Kommersiya Arbitraj Mərkəzinin (CRCİCA) direktoru; Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının (IFCAI) vitse-prezidenti Dr. M.I.M. Aboul-Enein  Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini (BKAM) 5 yaşı münasibətiə  təbrik edərək, BKAM-ın  fəaliyyəti dövründə beynəlxalq arbitraj və mübahisələrin alternativ həlli üsullarının səmərəli  istifadəsi üçün etibarlı infrastruktur yaratmağa nail oduğunu, uğurlu beynəlxalq münasibətlər qurduğunu və BKAM -ın tezliklə Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasının üzvlüyünə qəbul olunacağına ümid etdiyini bildirmişdir