ALMANİYA

ALMANİYA ARBİTRAJ İNSTİTUTU (DİS) İLƏ ƏMƏKDAŞLIQ


Azər­bay­can Bey­nəl­xalq Kom­mer­si­ya Ar­bit­raj Məh­kə­mə­si qarşılıqlı əməkdaşlıq sahəsində ilk müqaviləni 1 sentyabr 2006-cı ildə Al­ma­ni­ya Ar­bit­raj İns­ti­tu­tu ilə bağlamışdır. Əmək­daş­lıq və  in­for­ma­si­ya müba­di­lə­si çərçivəsində DİS BKAM-ın kitabxanasına beynəlxalq arbitraja dair bir neçə adda elmi-praktiki kitab, jurnal hədiyyə etmişdir. BKAM da DİS-in kitabxanasına Azərbaycanın hüquq sistemi haqqında məlumatları əks etdirən kitablar, qanunlar toplusu təqdim etmişdir. Qeyd edək ki, Almaniya Arbitraj İnstitutu 1 yanvar 1992-ci ildə Almaniya Arbitraj Komitəsi və Almaniya Arbitraj İnstitutunun birləşməsi əsasında yaradılmışdır və arbitrajla bağlı bütün məsələlərdə Almaniyada mərkəzi orqan funksiyasını həyata keçirir. Almaniya Arbitraj İnstitutu Almaniya sənayesinin aparıcı təşkilatları, xüsusilə sənaye və ticarət palataları ilə sıx əməkdaşlıq edir. İnstitutun baş qərargahı Kölndə yerləşir, Berlin və Münhen şəhərlərində isə şöbələri fəaliyyət göstərir. 1998-ci ildən etibarən Almaniya Arbitraj İnstitutu beynəlxalq və yerli mübahisələrin həlli və bütün iqtisadi sektorlar üçün əlverişli, bərabər imkanlar müəyyən edən  arbitraj qaydaları təklif edir.  Almaniya Arbitraj İnstitutunun baş katibi Cens Bredov Azərbaycan Arbitraj və Mediasiya  Mərkəzinin yaradılması və BKAM-ın 5 yaşı münasibətilə ilə əlaqədar AAMM-a göndərdiyi   təbrik məktubunda indiyədək mövcud olan faydalı, səmərəli əməkdaşlığın bundan sonra da davam və inkişafına ümid etdiyini bildirmişdir.