MEDIASIYA HAQQINDA BEYNƏLXALQ SƏNƏDLƏR
UNCİTRAL NÜMUNƏVİ QANUNU (2002)
Maddə 1. Tətbiq sahəsi və anlayışlar
1. Bu Qanun beynəlxalq2 kommersiya3 Razılaşdırıcı Proseduruna tətbiq olunur.
2. Bu Qanunun məqsədləri üçün, «vasitəci» işin halından asılı olaraq bir və ya iki və daha çox vasitəciləri ifadə edir.
3. Bu Qanunun məqsədləri üçün, «razılaşdırıcı prosedur»- tərəflərin müqavilə və ya digər hüquqi münasibətdən yaranan mübahisənin sülh yolu ilə həllinə nail olmağa yardım üçün üçüncü şəxsə və ya şəxslərə («vasitəci») müraciət etdikləri, razılaşdırıcı, vasitəçi və ya eyni əhəmiyyətli terminlə ifadə olunan, prosesi bildirir. Vasitəci mübahisənin həllinə tərəfləri məcbur etmək səlahiyyətinə malik deyil.
4. Razılaşdırıcı prosedur beynəlxalq sayılır, əgər:
(a) Razılaşan tərəflərin kommersiya müəssisələri həmin sazişin imzalandığı müxtəlif dövlətlərdə yerləşirsə; və ya
(b) Tərəflərin kommersiya müəssisələrinin yerləşdiyi dövlətlər fərqlidirsə;
(i) Kommersiya münasibətlərindən yaranan öhdəliklərin əsas hissəsinin yerinə yetirildiyi dövlət; və ya
(ii) mübahisə predmetinin daha çox əlaqəli olduğu dövlət.
5. Bu Sazişin məqsədləri üçün:
(a) tərəf birdən artıq kommersiya müəssisəsinə malik olduqda, razılaşdırma müqaviləsi ilə daha sıx əlaqəli olan müəssisə kommersiya müəssisəsi hesab olunur;
(b) tərəf kommersiya müəssisəsinə malik deyilsə, onun daimi yaşayış yerinə istinad edilir.
6. Bu Qanun, həmçinin, tərəflər barışıq prosedurunun beynəlxalq xarakterli olması ilə razılaşdıqda və ya bu Qanunun tətbiq edilməsi ilə razılaşdıqda tətbiq olunur.
7. Tərəflər öz mülahizələrinə görə bu Qanunun tətbiqini istisna etmək barədə razılaşa bilərlər.
8. Bu Qanunun 9-cu paraqrafının müddəaları nəzərə alınmaqla, bu Qanun qanunla müəyyən olunmuş öhdəlik, məhkəmə, arbitraj və ya səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sərəncam və ya təklif tərəflər arasında mübahisə yaranmazdan əvvəl və ya sonra bağlanmış saziş daxil olmaqla, razılaşdırıcı prosedurun aparılması əsasından asılı olmayaraq tətbiq olunur.
9. Bu Qanun tətbiq olunmur:
(a) məhkəmə və ya arbitraj prosesi zamanı hakim və ya arbitr həll prosesinin gedişatına təsir etməyə cəhd etdikdə;
(b) [. . .]
Maddə 2. Qanunun şərhi
1. Bu Qanunun şərhi zamanı onun beynəlxalq mənşəyi nəzərə alınmalıdır, tətbiqinin eyniliyi və vicdanla yerinə yetirilməsi təmin edilməlidir.
2. Qanunun predmetinə aid olan, lakin birbaşa onda əksini tapmayan məsələlər bu Qanunun əsaslandığı ümumi prinsiplərə müvafiq olaraq həll edilir.
Maddə 3. Razılaşma əsasında dəyişdirilmə
2-ci maddənin və 6-cı maddənin 3-cü bəndinin qaydaları istisna olmaqla, tərəflər bu Qanunun digər hər hansı bir müddəalarını istisna edə və ya dəyişdirilməsi barədə razılaşa bilərlər.
Maddə 4. Razılaşdırıcı prosedurun başlanması1
1.Yaranmış mübahisəyə münasibətdə barışıq prosesi mübahisə tərəflərinin bu prosesi başlamağa razılaşdıqları gün başlayır.
2. Əgər tərəflərdən birinin digərinə barışıq prosesinə müraciət barədə təklifi onun göndərildiyi gündən otuz gün müddətində və ya təklifdə göstərilən digər zaman çərçivəsində əks tərəfdən qəbul edilməzsə, həmin tərəfin barışıq prosesinə təklifindən imtina edilmiş hesab edilir.
Maddə 5. Vasitəçilərin sayı və təyinatı
1.Tərəflər iki və daha çox vasitəçinin təyin edilməsi barədə razılığa gəlməyiblərsə, bir vasitəçi təyin edilir.
2. Digər təyinat prosesi barədə öncədən razılaşdırılmadığı halda, tərəflər vasitəçi və ya vasitəçilərin təyin edilməsi barədə razılığa gəlməyə cəhd edirlər.
3. Tərəflər vasitəçinin təyin edilməsi ilə əlaqədar müvafiq institut və ya şəxsin yardımına müraciət edə bilərlər. Xüsusilə:
(a) Tərəf bu cür institut və şəxsdən vasitəçi qismində təyin ediləcək münasib şəxsləri tövsiyə etməyi xahiş etdikdə; və ya
(b) tərəflər bir və ya daha çox vasitəçilərin birbaşa bu cür institut və ya şəxs tərəfindən təyin edilməsi barədə razılaşdıqda.
4. Vasitəçi qismində ayrı-ayrı şəxsləri tövsiyə və ya təyin edən institut və ya şəxs müstəqil və bitərəf vasitəçinin təyin edilməsini təmin etməyi və zərurət olduqda tərəflərin vətəndaşlığından fərqli vətəndaşlığa malik olan vasitəçinin təyin edilməsinin məqsədəuyğunluğunu nəzərə almalıdır.
5. Vasitəçi qismində təyinatı ilə əlaqədar şəxsə müraciət edildiyi zaman, o, öz qərəzsizliyinə və müstəqilliyinə şübhə doğura biləcək bütün halları açıq bildirməlidir. Vasitəçi, təyin edildiyi andan və bütün barışıq prosesi boyu, bu cür hallar barədə tərəflər öncədən xəbərdar edilməyibsə, tərəflərə bu cür hallar barədə gecikdirmədən məlumat verməlidir.
Maddə 6. Razılaşdırıcı prosedurun aparılması
1. Tərəflər öz mülahizələrinə əsasən reqlament vasitəsilə və ya digər şəkildə, razılaşdırıcı prosedurun aparılması formasını müəyyənləşdirməkdə müstəqildir.
2. Razılaşdırıcı prosedurun aparılma qaydası barədə razılaşma olmadığı halda, vasitəçi işin hallarını, tərəflərin istəklərini və mübahisənin tez həll edilməsi zərurətini nəzərə almaqla prosesi müvafiq bildiyi qaydada apara bilər.
3. Prosesin aparılması zamanı hər bir halda vasitəçi tərəflərə münasibətdə ədalətli yanaşmanı təmin etməli və bunu edən zaman işin hallarını nəzərə almalıdır.
4. Vasitəçi prosesin gedişatı zamanı, istənilən anda mübahisənin tənzimlənməsi üçün təkliflər irəli sürə bilər.
Maddə 7. Vasitəçi və tərəflər arasında əlaqə
Vasitəçi tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşə və ya əlaqə saxlaya bilər.
Maddə 8. İnformasiyanın açıqlanması
Tərəflərdən birindən mübahisə ilə əlaqədar informasiya aldığı zaman, vasitəçi bu informasiyanın məzmunu barədə prosesin digər tərəfinə məlumat verə bilər. Lakin, tərəf vasitəçiyə birbaşa məxfi saxlanma şərti ilə hər hansı bir informasiya verdiyi halda, bu informasiya prosesin digər tərəfinə açıqlanmamalıdır.
Maddə 9. Məxfilik
Tərəflər arasında başqa şəkildə razılaşma olmayıbsa, barışıq sazişinin yerinə yetirilməsi və ya icra edilməsi məqsədilə və ya qanunla açıqlanma tələb edilən hallar istisna olmaqla, barışıq prosesinə aid bütün informasiya məxfi saxlanılır.
Maddə 10. Digər proseslərdə sübutların mümkünlüyü
1. Razılaşdırıcı prosedurun tərəfi, vasitəçi və barışıq prosesinə cəlb olunmuş şəxslər də daxil olmaqla hər hansı bir üçüncü şəxs arbitraj, məhkəmə və oxşar proseslər çərçivəsində aşağıdakı elementlərdən sübut kimi istifadə etmir, onlara əsaslanmır və şahid ifadəsi vermir:
(a) barışıq prosesinə müraciət etmək barədə tərəfin təklifi və ya belə prosesdə tərəfin iştirak etmək istəyi faktı;
(b) Barışıq prosesi tərəflərindən birinin mübahisənin mümkün həlli yolları ilə bağlı ifadə etdiyi və təklif etdiyi fikirlər;
(c) barışıq prosesinin gedişatı zamanı tərəflərdən birinin bildiriş və ya etirafları;
(d) vasitəçinin təklifləri;
(e) tərəflərdən birinin vasitəçi tərəfindən irəli sürülmüş həll təklifini qəbul etməsinə hazırlığı ifadə edən fakt;
(f) yalnız barışıq prosesinin məqsədləri üçün hazırlanmış sənəd.
2. Bu maddənin 1-ci paraqrafı burada qeyd edilən informasiya və sübutun formasından asılı olmayaraq tətbiq olunur.
3. Bu maddənin 1-ci bəndində göstərilən informasiyanın arbitraj, məhkəmə və ya digər səlahiyyətli dövlət orqanı tərəfindən açıqlanmasına sərəncam verilə bilməz və əgər bu cür informasiya bu maddənin 1-ci bəndinin pozulması ilə sübut kimi təqdim olunarsa, həmin sübut qəbuledilməz hesab edilir. Lakin, bu cür informasiya qanun ilə və ya barışıq sazişinin yerinə yetirilməsi və ya icrası məqsədilə tələb olunduğu hallarda açıqlana və ya mümkün edilə bilər.
4. Bu maddənin 1,2 və 3-cü bəndlərinin müddəaları arbitraj, məhkəmə və ya digər proses ilə barışıq prosesinin predmeti olan mübahisənin əlaqəli olmasından asılı olmadan tətbiq edilir.
5. Bu maddənin 1-ci bəndində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, başqa şəkildə arbitraj, məhkəmə və ya oxşar proseslərdə qəbul edilən sübut, barışıq prosesinin gedişatı zamanı istifadə olunduğu halda qəbuledilməz hesab olunmur.
Maddə 11. Razılaşdırıcı prosedurun xitam edilməsi
Razılaşdırıcı prosedura aşağıdakı hallarda xitam verilir:
(a) razılığa gəlinən gün tərəflər arasında barışıq sazişinin bağlanması ilə;
(b) barışıq prosesi çərçivəsində gələcək cəhdlərin özünü doğrultmayacağı barədə vasitəçinin tərəflərlə məsləhətləşdikdən sonra bəyanatı ilə, bəyanatın elan edildiyi gün;
(c) razılaşdırıcı prosedura xitam verilməsi barədə tərəflərin vasitəçiyə ünvanladığı bəyanatla, bu cür bəyanatın elan edildiyi gün; və ya
(d) razılaşdırıcı prosedura xitam verilməsi barədə tərəflərdən birinin digər tərəfə və ya tərəflərə və vasitəçiyə, əgər təyin edilibsə, ünvanladığı bəyanatı ilə; bəyanatın elan edildiyi gün.
Maddə 12. Arbitr qismində fəaliyyət göstərən vasitəçi
Tərəflər başqa cür razılaşdırmadıqları halda, vasitəçi, barışıq prosesinin predmeti olmuş (olan) mübahisə və ya eyni müqavilə yaxud hüquqi münasibət və ya hər hansı əlaqəli müqavilə yaxud hüquqi münasibətdən irəli gələn digər mübahisə ilə əlaqədar arbitr kimi fəaliyyət göstərə bilməz.
Maddə 13. Arbitraj və ya məhkəmə araşdırmasına müraciət
Tərəflərin barışıq prosesi ilə bağlı razılığa gəldikləri və şərtləşdikləri müddətə və ya şərtləşdirdikləri hadisəyə qədər mövcud yaxud gələcək mübahisə ilə əlaqədar, arbitraj yaxud məhkəmə prosesi qaldırmamaq barədə birbaşa öhdəlik götürdükləri zaman, arbitraj və ya məhkəmə bu cür öhdəliyin qüvvədə olmasını, tərəflərdən birinin fikrincə öz hüquqlarını qoruması halları istisna olmaqla, öhdəlik şərtlərinin yerinə yetirilməsinə qədər tanıyır. Öz-özlüyündə bu cür icraatın başlanması barışıq prosesi barədə razılaşmadan imtina və ya barışıq prosesinə xitam verilməsi kimi qiymətləndirilmir.
Maddə 14. Barışıq sazişinin icraya yönəldilməsi
Tərəflər mübahisənin həlli barədə barışıq sazişi imzaladıqları halda, həmin saziş məcburidir və icraya yönəldilə bilər... [bu Nümunəvi qanunu qəbul edən dövlət barışıq sazişinin icra metodlarının təsvirini əlavə edə bilər və ya bu cür icranı tənzimləyən müddəalara istinad edə bilər].
AVROPA PARLAMENTİNİN VƏ AVROPA
İTTİFAQI ŞURASININ DİREKTİVLƏRİ
Mülki və iqtisadi münasibətlərdə
mediasiyanin bəzi aspektləri haqqında
Avropa Parlamenti və Avropa Birliyi Şurası,
Avropa Birliyini təsis edən Sazişin 61-ci maddəsinin C bəndini və 67-ci maddəsinin 5-ci paraqrafının 2-ci yarımbəndini nəzərə alaraq,
Komissiyanın layihəsini nəzərə alaraq,
İqtisadi və sosial komitələrin rəyini nəzərə alaraq,
Sazişin 251-ci maddəsində nəzərdə tutulan qaydalar çərçivəsində hərəkət edərək,
Qərara almışlar:
1) Birlik özünü müstəqilliyinin güclənməsi və mühafizəsinə, şəxslərin sərbəst hərəkətinə zəmanət verən təhlükəsizlik və ədalətlilik məqsədlərinə həsr etmişdir. Bu məqsədlə Birlik, daxili bazarın normal fəaliyyəti ucun vacib qərarlar (əsasən də, mülki sahədə hüquqi əməkdaşlıq sahəsində) qəbul edir.
2) 1999-cu il 15-16 oktyabrda Tamperdə çağırılmış Avropa Şurası, üzv dövlətlərdə ədalət mühakiməsinə mükəmməlləşdirmək məqsədi ilə məhkəmədənkənar alternativ qaydalar yaratmağa çağırmışdır.
3) Şura 2000-ci ildə mülki və iqtisadi mübahisələrin alternativ həlli üsulları haqqında qərar qəbul etmiş və bəyan etmişdir ki, bu istiqamətdə olan qərarları, mülki və sahibkarlıq sahəsində olan mübahisələrin məhkəmədənkənar həlli üsullarının yaradılması ədalət mühakiməsinin sadələşdirilmiş və asanlaşdırılmış yollarının müəyyən edilməsi ucun mühüm mərhələdir.
4) Avropa Komissiyası 2002-ci ildə Avropada mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həllinin mövcud vəziyyəti haqqında «Yaşıl Kitab» təqdim etmiş və üzv dövlətlər, maraqlı şəxslərlə mediasiyanın imkanlarını genişlənməsinə yönələn müzakirələr keçirmişdir.
5) Avropa İttifaqının siyasətinin bir hissəsini təşkil edən müstəqilliyin, təhlükəsizliyi, ədalətliliyin dairəsinin müəyyən edilməsinin nəinki məhkəmədə, həmçinin, mübahisələrin məhkəmədənkənar həlli, ədalət mühakiməsinin təmin edilməsinin ən yaxşı yoludur.
6) Mediasiya, tərəflərin istəyindən irəli gələrək, mülki və sahibkarlıq sahəsində mübahisələrin məhkəmədənkənar vasitəçilik üsulu ilə tez və sərfəli həllinə təsir edə bilər. Mediasiya vasitəsi ilə əldə edilmiş dostcasına saziş könüllü icra olunur və möhkəm dostluq münasibətlərini saxlaya bilir. Bu üstünlüklər transmilli elementlər mövcud olduğu hallarda qabarıq nəzərə çarpır.
7) Mülki prosesin əsas prinsiplərini təşkil edən qanunvericilik sistemi mediasiyanın genişlənməkdə olan imkanlarından və mediasiyadan istifadə edən şəxslərin, proqnozlaşdırılan qanuni hədlərə istinad etməsi üçün zəruridir.
8) Bu direktiv, mediatorla birgə iki və ya bir necə tərəfin cəhdi ilə mübahisənin dostcasına sazişlə nəticələnməsi prosedurunu özündə əks etməlidir. Mübahisələrin məhkəmədənkənar qəti həllinə dair məsələlərə arbitraj, vasitəçinin müdaxiləsi, istehlak mübahisələri, ekspert rəylərini və ya mübahisənin həllinə dair bu və ya digər orqanın qəti tövsiyələrini əhatə edən prosedur qaydalarını aid etmək olmaz.
9) Mediasiyanın aparılma müddətini və mediasiya məlumatlarının məxfiliyinin mühafizəsi qaydaları mülki prosesin tələblərinə uyğun tənzimlənməlidir. Həmçinin, mediasiyanın könüllü şəkildə həyata keçirilməsi prinsipi qorunmaqla, məhkəmənin tərəfləri mediatora göndərməsi imkanı da nəzərə alınmalıdır.
10) Məhkəmədən fərqli olaraq, mediasiyanın dostcasına sazişləri, tərəflərin könüllü istəklərindən asılı olaraq, icra olunduğu üçün ikinci dərəcəli üsul kimi baxılmamalıdır. Bütün üzv-dövlətlər dostcasına sazişlərin məhkəmə qərarı və ya hüquqi sənəd kimi məhkəmə və ya ictimai hakimiyyət tərəfindən təsdiq olunması üçün qaydalar müəyyən etməli və icra edilməsinə nəzarət etməlidir.
11) Birlik tərəfindən əldə edilən qarşılıqlı razılıq, qərar və qətnamələrin tanınması bütün Birlik üzrə dostcasına sazişlərin icra olunmasına imkan yaradacaq.
12) Mediasiyanın məxfiliyinə, müddətlərin axımının dayandırılmasına və dostcasına sazişlərin icra olunmasına dair məsələlərə münasibətdə üzvdövlətlər arasında inam yaratmaq üçün mediasiya xidmətlərinin göstərilməsi və mediatorların hazırlanmasına keyfiyyətli nəzarətin səmərəli mexanizmlərini müəyyən etmək vacibdir.
13) Üzv dövlətlər tərəfindən müəyyən olunmuş bu mexanizm və tədbirlərə aid edilmiş münsif qərarlarının tərəflərin müstəqilliyi və mediasiya prosedurlarına uyğunluğu təmin edilməlidir. Komissiya özünü tənzimləmə tədbirlərini Birliyin səviyyəsində təşviq etməlidir; məsələn, mediasiya prosesinin zəruri aspektlərinə dair Avropa Məcəlləsinin hazırlanması.
14) İstehlakçı maraqlarının mühafizəsi sahəsində Komissiya 2001-ci ildə məhkəmədənkənar orqanların istehlak mübahisələrinin həllində qərar çıxararkən, xidmətin keyfiyyətinin minimal həddinin müəyyən edilməsi ilə müştərilərə təklif edilməsi haqqında qəti tövsiyələr vermişdir. Hər bir mediatorun və ya təşkilatın bu tövsiyələrdə qeyd olunan prinsiplərə əməl etməsi arzu olunandır. Bu orqanların dair məlumatların yayılmasını təmin etmək üçün Komissiya üzv-dövlətlərin tövsiyədə qeyd edilmiş prinsiplərə uyğun məhkəmədənkənar orqanların məlumat bazasını yaratmışdır.
15) Bu direktiv, əsas hüquqlara və Avropa Birliyinin əsas hüquqlar haqqında Xartiya ilə tanınan prinsiplərinə uyğundur. Xüsusən, Xartiyanın 47-ci maddəsi ilə tənzimlənən ədalətli araşdırma hüququnun tam təmin edilməsi diqqətdə saxlanılır.
16) Direktivin məqsədləri milli səviyyədə istənilən istiqamətdə istifadə oluna bilməz və bununla o yalnız qeyd olunan tədbirlərin vacibliyinə görə ümumi xarakter daşımalıdır. Bununla əlaqədar Komissiya Sazişin 5-ci maddəsində qeyd olunan subsidiarlıq prinsipini hakim tutaraq, müəyyən tədbirlər görə bilər. Nisbilik prinsipi ilə yuxarıda qeyd olunan maddəyə uyğun olaraq, direktiv hüdudlardan kənara çıxmadan göstərilən məqsədlərə nail olmaqda zəruri əhəmiyyət kəsb edir.
17) Avropa Birliyinin yaranması haqqında Sazişə əlavə olunmuş Protokolun 3-cü maddəsində Birləşmiş Böyük Britaniya Krallığının və Şimali İrlandiyanın mövqeyinə uyğun olaraq Birləşmiş Krallıq direktivin qəbulu və tətbiq edilməsində iştirak haqqında mövqeyini bəyan etmişdir. Birləşmiş Böyük Britaniya Krallığı və Şimali İrlandiya Avropa Birliyinin təsis edilməsi Sazişinə əsasən, protokolun 1-ci və 2-ci maddəsinə görə, Birləşmiş Krallıq ona aid olmayan direktivin qəbulu və tətbiqində iştirak etmir.
18) Avropa Birliyinin yaradılmasına dair Saziş və Danimarkanın Avropa Birliyinə qoşulması haqqında mövqeyini əks etdirən Protokolun 1-ci və 2-ci maddəsinə görə Danimarka bu Direktivin qəbulunda iştirak etmir və ona qoşulmur, beləliklə bu Direktiv Danimarka üçün tətbiq edilmir.
DİREKTİVİ QƏBUL ETDİLƏR:
Maddə 1. Tətbiq sahəsi və məqsədi
1. Direktivin məqsədi mediasiyadan istifadənin genişləndirilməsi vasitəsilə məhkəmə və mediasiya arasında normal münasibətlərin müəyyən olunması ilə mübahisə həlli yollarının tapılıb asanlaşdırılmasından ibarətdir.
2. Direktiv mülki və sahibkarlıq sahələrində tətbiq olunur.
3. Direktivdə «üzv dövlətlər «anlayışı dedikdə, Danimarkadan başqa digər dövlətlər nəzərdə tutulur.
Maddə 2. Anlayışlar
Direkivin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
A) «Mediasiya» termini təşəbbüsün tərəflərin, məhkəmənin göndərişi və ya üzv dövlətlərin milli hüququ ilə təyin olunmasından asılı olmayaraq, iki və ya daha çox tərəfin arasında olan mübahisənin üçüncü şəxs tərəfindən həll olunmasına cəhd göstərilməsi prosedurunu əks etdirir.
Bu anlayış məhkəmə gedişatında hakim tərəfindən mübahisənin həll edilməsinə dair görülən tədbirləri əhatə etmir.
B) «Mediator» termini hər hansı üzv dövlətdə peşəsindən, ixtisasından asılı olmayaraq, mediasiyanın aparılması üçün təyin olunmuş üçüncü şəxs qismində cəlb olunan hər hansı şəxsi bildirir.
Maddə 3. Mübahisənin mediasiyaya verilməsi
1) İşi qəbul edən məhkəmə, işin hallarını nəzərə alaraq, zəruri hallarda mübahisənin mediasiya vasitəsilə həll edilməsini tərəflərə təklif edə bilər. Məhkəmə hər hansı bir mərhələdə tərəfləri mediasiyadan istifadə haqqında məlumatlandırıcı iclasa dəvət edə bilər.
2) Mediasiya milli qanunvericiliyin əsas mahiyyətinə xələl gətirmədən tətbiq edilir. Mediasiya haqqında qanun o zaman məcburi tətbiq edilir ki, onun qəbul etdiyi qərarlar mediasiyanın tərəflərinin birinin yerləşdiyi dövlətin milli qanunvericiliyi ilə ziddiyyət təşkil etsin.
Maddə 4. Mediasiyanın keyfiyyəti
1. Komissiya və üzv dövlətlər Ümumavropada olduğu kimi milli səviyyədə olan mediasiya xidmətlərini göstərən təşkilatların davranışlarını əks etdirən könüllü məcəllələr və xidmətlərin keyfiyyətinə nəzarətin səmərəli mexanizmlərinin hazırlanmasına yardım edirlər.
2. Üzv dövlətlərin mediatorları hazırlamaqda birgə iştirakı, mübahisə tərəflərinə mediasiya xidmətləri aparılarkən, gözlənilən effektivliyi əldə etmək üçün mediator seçməyə imkan verəcək.
Maddə 5. Dostcasına sazişlərin icra olunması
1. Üzv dövlətlər, tərəflərin ərizəsi ilə aparılan mediasiya nəticəsində əldə edilən razılığın icrası üçün, icrası tələb olunan saziş, üzv dövlətin milli qanunvericiliyi və ya Ümumavropa hüququna gətirmədikdə məhkəmə qətnaməsi, qərarı, məhkəmənin digər aktı və ya ictimai hakimiyyət orqanlarının qərarı ilə təsdiq olunması üçün səy göstərirlər.
2. Üzv dövlətlər 1-ci bəndə uyğun verilmiş ərizələrlə baxmağa səlahiyyəti olan məhkəmə və ya ictimai hakimiyyət orqanlarının adları barədə Komissiyaya məlumat verirlər.
Maddə 6. Mülki prosesdə sübutların mümkünlüyü
1. Mediasiya proseslərində iştirak edən mediator və ya hər hansı digər şəxs mülki məhkəmə prosesində aşağıdakı məsələlər barəsində şahidlik edə və ya sübutlar təqdim edə bilməz.
A) Şəxsin mediasiyada iştirakı və ya tərəfin mediasiya xidmətindən istifadə etmək haqqında təklifi barədə fakt;
B) Tərəflərin mediasiya vasitəsilə ifadə etdiyi və ya mübahisənin həllinin mümkünlüyü haqqında təklifi barədə;
C) Mediasiya prosesində edilmiş etiraf və ya verilmiş ərizələr barədə;
D) Mediator tərəfindən edilən təkliflər barədə;
E) Mediatorun irəli sürdüyü təklifləri tərəfin qəbul etməsi faktları barədə;
F) Mediasiyanın məqsədləri üçün tərtib olunmuş sənədlər barədə;
2. 1-ci bənddə nəzərdə tutulan sübut və ya məlumatlar formasından asılı olmayaraq, tətbiq edilir.
3. 1-ci bənddə qeyd edilən hallar mövcud olduqda, onların məhkəmə və ya digər orqanlar tərəfindən sübut qismində qəbul edilməsi etibarsızdır. Bununla yanaşı, bəzi hallarda belə məlumatlar sübut qismində qəbul edilə bilər:
A) Dostcasına sazişin tətbiqi və ya həyata keçirilməsi məqsədilə, bilavasitə mediasiyadan irəli gələn məlumatlar.
B) Uşaqların və ya şəxsin psixi və ya fiziki sağlamlığına qəsd edə biləcək hərəkətlərin qarşısının alınması məqsədilə ictimai qaydanın bərpası
C) Əgər tərəflər və ya mediator buna razılıq versə.
4. 1, 2 və 3-cü bəndlər mediasiyanın obyekti olan mübahisəyə aidiyyəti olduqda, məhkəmə prosesində tətbiq olunur.
5. 1-ci bəndin qaydaları nəzərə alınmaqla, məhkəmə prosesində mümkün olan sübutlar mediasiya prosesinə aid olduğu üçün qəbul edilməyən ola bilməz.
Maddə 7. Müddətlərin dayandırılması
1. Mediasiya obyekti olmuş mübahisəy ə dair müddətlər mübahisənin daxil olduğu andan aşağıdakı hallarda dayandırılır:
A) Tərəflər mediasiyadan istifadə haqqında razılaşdılar;
B) Məhkəmə tərəfindən mediasiya təyin edilmişdir;
C) Mediasiyanın aparılması zərurətindən istifadə üzv dövlətlərin milli hüququndan irəli gəlir;
2. Razılıq əldə edilmədən bir tərəfin, tərəflərin və ya mediatorun mediasiya prosesinin bitməsini bəyan etməsi və ya mediasiya prosesindən çıxması tarixindən başlayaraq, müddət davam edir. Bu müddət, müvafiq tədbirlərin görülməsi və ya saxlanılması üçün verilməsindən başqa digər hallarda azı bir ay davam edir.
Maddə 8. İcra edilmə barədə əmr
Komissiya 5-ci maddənin 2-ci bəndinə uyğun olaraq, üzv dövlətlər adından çıxış edə bilən orqan və məhkəmələr haqqında məlumat nəşr edir.
Maddə 9. Uyğunlaşdırma
1. Üzv dövlətlər 1 sentyabr 2007-ci ildən gec olmayaraq, qanunvericilik, normativ və inzibati aktlarını bu direktivə uyğunlaşdırırlar. Onlar bu barədə Komissiyanı təxirə salmadan xəbərdar edirlər.
2. Qeyd edilmiş göstərişlər direktivə uyğunluq təşkil etməli və ya rəsmi nəşr edilərkən buna istinadı özündə əks etməlidir. Belə istinadın forması üzv dövlətlər tərəfindən müəyyən olunur.
Maddə 10. Qüvvəyə minmə
Direktiv Avropa Birliyinin rəsmi jurnalında nəşr olunduqdan sonra qüvvəyə minir.
Maddə 11. Ünvan sahibləri
Üzv dövlətlər bu direktivin ünvan sahibləridir.
Brüsseldə tərtib olunmuşdur.
Avropa Parlamentindən Şuradan:
Sədr: Sədr:
MEDİATORLARIN DAVRANIŞI
HAQQINDA AVROPA MƏCƏLLƏSİ1
Bu Məcəllə hər bir mediatorun öz iradəsi və şəxsi məsuliyyəti altında riayət edə biləcəyi prinsipləri əhatə edir. Bu Məcəllə mülki və kommersiya məsələləri ilə bağlı bütün növ mediasiyalara tətbiq edilmək üçün nəzərdə tutulub.
Mediasiya xidmətləri göstərən təşkilatlar da bu Məcəlləni rəhbər tutaraq, onlarla əməkdaşlıq edən mediatorlardan Məcəlləyə riayət etməyi tələb edə bilərlər. Təşkilatlar məcəlləyə fərdi mediatorlar tərəfindən riayət olunmasını dəstəkləyən tədbirlər - məsələn, təlim, qiymətləndirmə və monitorinq barədə informasiya vermək imkanına malikdirlər.
Bu məcəllənin məqsədləri üçün mediasiya, iki və daha artıq tərəfin məhkəmə qərarları olmadan barışığa nail olmağa kömək edəcək üçüncü (bundan sonra mediator) tərəfin təyin olunması prosesi hesab olunur. Bu zaman hər bir üzv dövlətlə bu prosesin necə adlandırılması əhəmiyyət kəsb etmir.
Məcəlləyə qoşulma milli qanunvericiliyə və ayrı-ayrı fəaliyyət sahələrini tənzimləyən qaydalara toxunmur.
Mediasiya xidmətləri göstərən təşkilatlar onların işinin xüsusiyyətlərinə və göstərdikləri xidmətin növlərinə uyğun olaraq, o cümlədən ailə mediasiyası və ya istehlakçı mediasiyası kimi xüsusi sahələrə aid, konkretləşmiş məcəllələr hazırlaya bilərlər.
1. Mediatorların səlahiyyətləri və təyinatı
1.2 Səlahiyyətlər
Mediasiya prosesində mediatorlar səlahiyyətli və bilikli olmalıdır. Bu mənada müvafiq standartlara və akkreditasiya sisteminə uyğun olaraq lazımi təlimlərin keçirilməsi, təhsilin təkmilləşdirilməsi və mediasiya vərdişlərinin, təcrübəsinin məcmusu başa düşülür.
1.2 Təyinat
Mediator mediasiyanın keçiriləcəyi münasib vaxt barəsində tərəflərlə məsləhətləşir. Mediator mediasiya prosesini aparmaq üçün tələb olunan ixtisasa və səlahiyyətə malik olmalıdır və tərəflərin xahişi ilə özünün iş təcrübəsi və ixtisası barədə onlara lazımi informasiyaları verməlidir.
1.3 Mediasiya xidmətlərinin elanı və təşviqi
Meditorlar öz xidmətlərini peşəkar, həqiqi və vicdanlı şəkildə təşviq edə bilərlər.
2. Müstəqillik və bitərəflik
2.1 Müstəqillik və neytrallıq
Mediator öz müstəqilliyinə və ya tərəflərin mübahisəsinə təsir edən və ya təsir edə biləcək vəziyyətləri aşkar etməzdən öncə fəaliyyətə başlaya bilməz və əgər fəaliyyətə başlayıbsa, onları davam etdirə bilməz. Aşkar etmək vəzifəsi daimi olmaqla mediasiya prosesi boyunca qüvvədədir.
Bu cür vəziyyətlərə daxildir:
- tərəflərdən biri ilə hər hansı şəxsi və ya işgüzar münasibətlər;
- mediasiyadan birbaşa yaxud dolayı yolla əldə edilən maddi və digər maraqlar və ya;
-mediator, yaxud onun şirkətinin hər hansı bir üzvünün tərəflərdən biri üçün (mediator xidmətindən başqa) hər hansı işləri yerinə yetirməsi.
Bu cür hallarda mediator yalnız tərəflərin aşkar razılaşdırdığı və tam bitərəfliyə zəmanət verəcək neytrallıq və tam müstəqillik prinsipləri ilə mediasiyanı apara biləcəyinə əmin olduğu mediasiya prosesini qəbul edə və davam etdirə bilər.
2.2 Bitərəflik
Mediator hər zaman bitərəf hərəkət etməli və mediasiya prosesinə aid məsələlərdə bütün tərəflərə bərabər qaydada xidmət göstərməlidir.
3.Mediasiya sazişi, prosesi, həlli və mükafatlandırma
3.1 Prosedur
Mediator əmin olmalıdır ki, tərəflər mediasiya prosesinin xüsusiyyətlərini, mediatorun və tərəflərin bu prosesdə rolunu dərk edirlər.
Mediator ayrı-ayrılıqda mediatorun və tərəflərin üzərinə düşən məxfilik öhdəlikləri ilə əlaqəli olan tətbiqi müddəalar da daxil olmaqla, tərəflərin mediasiya sazişinin şərtlərini dərk edərək aydın şəkildə razılaşmalarını mediasiyaya başlamazdan əvvəl təmin etməlidir.
Mediasiya sazişi tərəflərin xahişinə əsasən yazılı qaydada tərtib edilməlidir.
Mediator işin bütün hallarını nəzərə alaraq prosesi lazımi qaydada aparmalıdır.
Belə hallar aşağıdakılar ola bilər:
Tərəflərin qüvvələrinin qeyri bərabərliyi, hüquqi normaların tələbləri, mübahisənin sürətli həllinə dair tərəflərin istəkləri. Tərəflər öz mülahizələrinə uyğun olaraq mübahisənin tənzimlənməsi qaydaları və ya üsulları barədə mediasiyanı aparan mediatorla razılığa gələ bilərlər.
Mediator lazım bildikdə tərəfləri ayrı-ayrılıqda dinləməlidir.
3.2 Prosesin şəffaflığı
Mediator tərəflərin bərabər imkanlar daxilində prosesdə iştirakını təmin etməlidir.
Mediator tərəflərə məlumat verməklə mediasiya prosesini bitirə bilər, əgər:
- əldə ediləcək razılıq mediator üçün işin hallarına və mediatorun səlahiyyətlərinə münasibətdə icraedilməz və qeyri-qanuni göründükdə, yaxud,
- mediator prosesin davam etməsinin razılıqla nəticələnməyəcəyini hesab etdikdə.
3.3 Prosesin bitməsi
Mediator tərəflərin əldə etdiyi razılığın onların tam iradə ifadəsi və aşkarlıq şəraitində qəbul edildiyini və sazişin şərtlərini başa düşməsini təmin etmək üçün bütün zəruri tədbirləri görməlidir.
Tərəflər istənilən zaman heç bir izahat vermədən mediasiya prosesindən çıxa bilərlər.
Mediator tərəflərin xahişinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində tərəflərə razılaşmanın rəsmiləşdirilməsi və icrası qaydaları barədə məlumat verə bilər
3.4 Mükafatlandırmalar
Əvvəlcədən nəzərdə tutulmamışdırsa, mediator özünün mükafatlandırılması qaydası barədə tərəfləri tam məlumatlandırmalıdır. Bütün maraqlı tərəflər onun mükafatlandırılması şərtlərini qəbul etmədən mediator mediasiya işini qəbul etməməlidir.
4. Məxfilik
Mediator ictimai qaydalar və qanunlar məcbur etməyənədək, mediasiyanın başlanması faktı da daxil olmaqla, prosesin nəticəsi və ya mediasiya ilə əlaqəli olan bütün informasiyanı məxfi saxlamalıdır. Tərəflərdən biri tərəfindən mediatora verilmiş informasiya icazəsiz və ya qanunun tələbi olmadan digər tərəfə açıqlana bilməz.
Mediasiya prosesinin keçirilməsi haqqında
MÜQAVİLƏ
(nümunə)
Bakı ş . « » 20 il
müəssisənin, fiziki və ya hüquqi şəxslərin ad, soyad və atasının adları, pasport məlumatları göstərilməklə
şəxsində
1-ci tərəf,
2-ci tərəf
arasında
əsas tutulmaqla, bu müqaviləni aşağıda göstərilənlərlə əlaqədar bağlayırlar:
1. Tərəflər bu müqaviləni tərtib və imza edərək, öz aralarında olan mübahisəni həll etmək məqsədi ilə mediasiya (vasitəçilik) prosesində iştirak etmək haqqında öz razılıqlarını verirlər.
2. Tərəflər arasındakı mübahisənin məzmununun qısa xülasəsi:
3. Hər bir tərəf mediatorla ən azı bir işgüzar görüş keçirməyi öhdəsinə götürür.
4. Tərəflər bir-birinə və mediatora qarşı münasibətdə mediasiyanı çətinləşdirəcək və ya razılığın əldə olunmasına mane olan hərəkətlər və davranışlardan çəkinməyi öhdələrinə götürürlər.
5. Tərəflər aralarında olan mübahisəni həll etmək üçün qarşılıqlı razılıq əsasında bir ( və ya bir neçə) mediator seçirlər.
6. Tərəflər mediator olaraq seçilməsinə razılaşırlar.
7. Tərəflər mediasiyanın Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin qaydalarına uyğun həyata keçirilməsinə razılaşırlar, qəbul edəcəkləri qərara vicdanla əməl edəcəklərini vəd edirlər.
8. Tərəflər mediasiyanın aparılması və təşkil olunmasına sərf olunan xərcləri öz aralarında bərabər bölüb ödəyirlər.
9. Tərəflər mediasiyanın başlanması üçün « » 20... il, bitməsi üçün son tarix olaraq « » 20... il təyin edirlər.
10. Tərəflər mediasiyada şəxsən (yaxud nümayəndələri vasitəsi ilə) iştirak edəcəkləri barədə razılığa gəldilər.
11. Mediasiya prosesində tərəflərin və ya onların nümayəndələrinin aldıqları məlumatlar məxfidir. Bu məlumatlar yalnız tərəflərin hər birinin razılığı olduqda açıqlana bilər. Bu müqavilə bağlanarkən tərəflər məlumatları məxfi saxlayacaqları barədə öhdəlik qəbul edirlər.
12. Mediasiyanın gedişində tərəflərdən hər biri gözlədikləri nəticəni ala bilmədikdə, öz hüquqlarının müdafiəsi üçün qanunla qadağan olunmayan digər vasitələrdən istifadə edə bilərlər. Tərəflərdən hər biri mediasiyanın istənilən mərhələsində heç bir əsas gətirmədən yalnız ərizə ilə müraciət edərək prosesdən çıxa bilər.
13. Mediasiyada əldə edilmiş razılaşma tərəflərin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənir, sənədləşdirilir.
14. Müqavilə hər iki və ya bütün tərəflər imzaladıqdan sonra qüvvəyə minir.
Tərəflərin rekvizitləri və imzaları:
1-ci tərəf 2-ci tərəf
Mediasiya prosesində əldə olunmuş razılaşmaya dair
MÜQAVİLƏ
(nümunə)
Mediasiyanın başlandığı tarix
Bitdiyi gün
Tərəflərin ad, ünvan məlumatları
Biz, mediasiyanın nəticəsi olaraq aşağıdakıları etməyə razılıq verdik:
1.
2.
3.
Biz, yuxarıda qeyd etdiyimiz kimi, mübahisəmizi mediasiya yolu ilə həll etdik və könüllü qəbul etdiyimiz qərarlara vicdanla əməl etmək niyyətindəyik.
Tərəflərin imzaları
Tarix